header

 Seyid Həsən Nəsrullah Beyrutda Beynəlxalq Qüds günündə danışdı

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Beynəlxalq Qüds günü münasibətilə Livanın paytaxtı Beyrutda keçirilən tədbirdə çıxış edib.

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Beynəlxalq Qüds günü münasibətilə Livanın paytaxtı Beyrutda keçirilən tədbirdə çıxış edib.

 

Tashaio.com xəbər verir ki, Seyid Həsən Nəsrullah çıxış edərək deyib ki, mərhum İmam Xomeyninin Ramazan ayının sonuncu cümə gününü Beynəlxalq Qüds günü adlandırmaqda məqsədi Fələstin və Əl-Əqsa məsələsinin İslam ümmətinin vicdanında diri saxlamaq və dünyanın bütün millətlərinin bu mövzudakı həmrəyliklərini bildirməli olub: “Düşmənlər Beynəlxalq Qüds günü mərasimlərini cılız göstərmək və unutdurmaq istəyirlər, ancaq tamamilə uğursuzluqla üzləşdilər.

 

Ramazan ayının sonuncu cümə gününü Beynəlxalq Qüds günü elan edilməsindən 40 il keçir və bu müddət ərzində Qüdsün düşmənləri bu günün unudulacağına ümid edirdilər, amma hər il Qüds günü mərasimlərinin daha görkəmli və gur səslə edilməsi onların Qüdslə əlaqədar planlarını pozdu”.

 

Hizbullahın liderin müqavimətin bu gün hər vaxtdan daha güclü olduğunu bildirərək, İsrail rejiminin həmişəkindən daha zəif olduğunu və bu səbəbdən Amerikanın birbaşa dəstəyinə və gələcəkdə istənilən müharibədə Amerikanın dəniz donanmasına ehtiyacının olduğunu söyləyib.

 

Seyid Həsən Nəsrullah İranın regionun ən güclü ölkəsi və eyni zamanda müqavimətin ən böyük himayəçisi olaraq, İraq, Suriya, Livan və Fələstində müqaviməti dəstəklədiyini bildirib. İranın mövqeyinin açıq və dəqiq olduğunu, məhz buna görə sanksiya və təzyiqlərlə üzləşdiyini bildirən Seyid Həsən Nəsrullah, düşmənin əslində müqaviməti hədəfə aldığını, ancaq bacara bilməyəcəyini deyib.

 

Hizbullahın lideri çıxışının digər bir yerində İranın Fars körfəzi ölkələriylə yaxşı əlaqələrinin olmasının ABŞ-ın prezidenti Trampın marağına uyğun olmadığnı bildirərək, buna görə də Trampın Fars körfəzi ölkələrini İranla qorxutmaq siyasətini apardığını, onlarla milyardlıq silah satdığını və özünün dəyərsiz maraqlarını reallaşdırdığını bildirib. Seyid Həsən Nəsrullah ABŞ-ın İranla və ABŞ-a qarşı çıxan ölkələrlə iqtisadi müharibə apardığını da bildirib.

 

Hizbullahın baş katibi regionda bir müharibənin baş verməsi təqdirdə, neftin bir barrelinin qiymətinin 200-300 dollara qədər bahalaşacağını və bunun nəticəsində Trampın ABŞ-dakı prezidentlik seçkilərində qəti şəkildə məğlub olacağını söyləyib.

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Beynəlxalq Qüds günü münasibətilə Livanın paytaxtı Beyrutda keçirilən tədbirdə çıxış edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-01-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap