header

 Ayətullah Xamenei: ‘Kütləvi qırğın silahlarını haram bilirik’ - FOTO

istər nüvə silahı olsun və ya kimyəvi silahlar olsun

“Bu il beynəlxalq Qüds günü digər illərlə müqayisədə daha önəmlidir.  Çünki  ABŞ və onun əlaltıları  “Yüz ilin anlaşması” planını icra etməyə çalışmaqla dünyada Fələstin məsələsini unutdurmağa çalışır və əlbətdə  məğlub  olacaqlar.”

Tashaio.com “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu  Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün  İran universitetlərinin elmi heyət üzvləri, müəllimlər və tələbələri ilə görüşü zamanı çıxışında deyib. “Fələstini müafiə etmək İslama özəl bir məsələ deyil.  Bəlkə vicdan və humanitar bir məsələdir.  Əlbəttə, müsəlmanlar üçün şəriət və dini baxımdan önəmlidir”.

Ayətullah Xamenei  xarici KİV-lərin  ABŞ-la müzakirə mövzusunu şişirtməsindən də danışaraq bildirib ki,  onlar İran müzakirə masasına oturmalıdır dedikdə ABŞ-la müzakirəni nəzərdə tuturlar. “Çünki  bizim digər ölkələrlə  heç bir problemimiz yoxdur və Avropa ölkələri və başqaları ilə müzakirələr aparırıq. Əsas məsələ isə müzakirə predmetini müəyyənləşdirməkdir.  Biz istənilən mövzu barəsində müzakirə etmirik.  İnqilab üçün əsas və namus məsələsi olan mövzular, o cümlədən ölkənin müdafiə gücü  müzakirə predmeti ola bilməz. Müzakirə,  yəni bəzi məsələlərdə  geri çəkilmək və güzəşt etmək deməkdir. Amma müdafiə məsələləri müzakirə oluna bilməz.  Bu məsələlər haqda müzakirə iki kəlmədə cəmlənir. Onlar deyirlər biz bunu istəyirik, biz də deyirik yox.”

İslam Respublikasının  ABŞ-la heç vaxt müzakirə aparmayacağını deyən Ayətullah Xamenei   bildirib ki, bunun faydası yoxdur, əksinə ziyanlıdır.

“ABŞ-ın öz məqsədlərinə çatmaq üçün  bir strategiyası və taktikası var. Qarşı tərəfi yormaq məqsədilə “təzyiqlər” etmə  və sonra  “müzakirə”dən  təzyiqi təkmilləşdirərək  öz məqsədlərinə çatmaq üçün  isitfadə etməkdir.  Bu isə müzakirə yox, təzyiqlərin məhsulunu toplamaq üçün  bir vasitədir. Əgər ABŞ-ın taktikasının qarşısında təzyiq vasitələrindən düzgün istifadə edilərsə, bu ya azalcaq və ya da ümumiyyətlə duracaq.  Lakin əgər ABŞ-ın  “müzakirəyə dəvətinə” aldanıb, onların təzyiqləri qarşısında təzyiq vasitələrindən istifadə olunmazsa, uduzmaq qətidir.”

İran İslam Respublikasının  ABŞ-ın təzyiqləri qarşısında lazimi vasitələrə sahib olduğunu açıqlayan Ali Rəhbər  bildirib ki,  bu onların təbliğ etdiklərinin əksinə hərbi yol deyil. “Amma bir zaman lazım gələrsə həmin vasitələr də mövcuddur.  İslam Respublikasının  təzyiq vasitələrindən nümunə kimi  ölkənin  Milli Təhlükəsizlik Ali Şurasının  nüvə prorqramına dair bəzi öhdəliklərin azaldılmasına dair bəyanatını  göstərmək olar.  Milli Təhlükəsizlik Ali Şurasının   son qərarı doğru qərar idi.  Çünki əgər təzyiq vasitəsindən  vaxtında  istifadə olunmazsa, qarşı tərəf zərər və ziyan görməyəcəyini düşünərək  mövzunu tələsmədən davam etdirəcək.  Lakin əgər təzyiq vasitəsindən doğru istifadə olunarsa  düşünəcək ki, nəsə bir addım atsın.”

Ayətullah Xamenei  İranın  nüvə sahəsində  elmi  və texnologiya gücünü təsiredici təzyiq vasitələrindən biri adlandırıb və bildirib ki, İran nüvə sahəsində  yüksək elmi gücə  sahib olsa da heç vaxt nüvə silahı ardınca olmayıb.  “Çünki  fiqhi, dini və şəri baxımdan  kütləvi qırğın silahları - nüvə silahı olsun və ya kimyəvi silahlar olsun, - haram bilirik.  Biz  kütləvi qırğın silahların  istehsalını anbarda saxlamaq üçün olsa belə  səhv, qeyri-məntiqi və ağılsızlıq hesab edirik.  Çünki  ölkəyə çoxlu xərc  yaradır və heç bir istifadəsi də yoxdur. Ona görə,  əsasən  kütləvi qırğın silahlarının istehsalına qarşıyıq. Lakin  uranın zənginləşdirilməinə ehtiyacımız var.  Çünki ölkənin gələcəyi üçün bu vacibdir.  Əgər bu gün  bu sahədə gücümüzü artırmasaq  10 ildən sonra  sıfırdan başlamalıyıq.

Sevindirici haldır ki, bu gün  ölkənin bütün məsul şəxsləri  ABŞ-la müzakirə etməməkdə  eyni düşüncədədirlər.  ABŞ-la müzakirə heç  bir vəchlə tövsiyə olunmur. ABŞ-ın öncəki hökuməti, indiki hökumətlə  hərəkətlərində fərqli olsa da mahiyyətdə heç bir fərqi yoxdur. 

İslam Respubliaksı  ABŞ-ın müzakirə sahəsindəki  taktikalarına aldanmayacaq.  Hələlik Milli Təhlükəsizlik Ali Şurasının  son qərarı ilə təzyiq vasitəsi kimi istifadə etmişik,  lakin bununlada işi bitmiş hesab etməyəcəyik.  Sonrakı mərhələdə əgər lazım gələrsə  digər təzyiq vasitələrimizdən istifadə olunacaq.”  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

istər nüvə silahı olsun və ya kimyəvi silahlar olsun
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-30-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap