header

 HƏMAS lideri Qüds və Əqsa məscidiylə bağlı çağırış edib

İslami Müqavimət Hərəkatı (HƏMAS) lideri İsmayıl Haniyyə Qüds şəhərini və Əqsa məscidini qorumaq üçün təcili hərəkətə keçmək çağırışı edib.

İslami Müqavimət Hərəkatı (HƏMAS) lideri İsmayıl Haniyyə Qüds şəhərini və Əqsa məscidini qorumaq üçün təcili hərəkətə keçmək çağırışı edib.
 
Tashaio.com "Felestin.info"-a istinadla xəbər verir ki, Haniyyə dünən İslam Əməkdaşlığı Təşkilatı (İƏT) 14-cü sammitinə qatılacaq İƏT baş katibinə, ölkə liderlərinə və rəsmilərinə mesaj göndərib.
 
İslam ölkələri liderlərinə göndərdiyi mesajda Fələstin mübarizəsinin məruz qaldığı təhlükələrə, təhdidlərə diqqət çəkən Haniyyə sionistlərin İordan çayının qərb sahilində, Qüdsdə, Qəzza zolağında Fələstin xalqını və mübarizəsini hədəfə aldığını deyib.
 
ABŞ rəhbərliyinin açıq şəkildə İsrail rejiminin tərəfini tutduğunu və irqçi siyasətlərini dəstəklədiyini qeyd edən Haniyyə ABŞ Prezidenti Donald Trampın komandasındakı Kuşner, Qrinblat və Fridman üçlüyünə diqqət çəkib.
 
ABŞ-lı üçlüyün qaranlıq işlər gördüyünü və Fələstin mübarizəsinin ləğvini hədəfləyən planın təbliğatını apardıqlarını bildirən Haniyyə sammitə qatılan liderlərdən Fələstin torpaqlarındakı işğalı sona çatdıracaq yol xəritəsini qurmaq üçün birgə mövqe ortaya qoymalarını istəyib.
 
Qüds əhalisinin müqavimətinin dəstəklənməsinin önəminə işarə edən Haniyyə ABŞ-ın "Əsrin müqaviləsi" adlandırılan planını rədd etdiklərini bildirib.
 
HƏMAS lideri Fələstin xalqının haqlarının alver və güzəşt mövzusu ola bilməyəcəyini, fələstinlilərin bu hiylənin həyata keçməsinə icazə verməyəcəklərini qeyd edib.
İslami Müqavimət Hərəkatı (HƏMAS) lideri İsmayıl Haniyyə Qüds şəhərini və Əqsa məscidini qorumaq üçün təcili hərəkətə keçmək çağırışı edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-30-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap