İraqın qərbində İŞİD-in iki bazası məhv edildi
Posted on : Digər sahələr 05/28/2019
İraq ordusu mayın 27-si ölkənin qərbindəki Ənbar vilayətində təşkil etdiyi əməliyyatda İŞİD terror təşkilatının iki bazasını məhv edib.
İraq ordusu mayın 27-si ölkənin qərbindəki Ənbar vilayətində təşkil etdiyi əməliyyatda İŞİD terror təşkilatının iki bazasını məhv edib.
Tashaio.com Parstoday-a istinadən xəbər verir ki, əməliyyat vaxtı baş verən qarşıdurmada xeyli sayda terrorçunun öldürüldüyü və bəzilərinin də əsir götürüldüyü bildirilib.
Bundan başqa, terrorçulara məxsus bir çox maşın məhv edilib və onlara məxsus silah və elektron cihazlar da müsadirə olunub.
İraqda İŞİD terror təşkilatının məğlub edilməsinə baxmayaraq, terror təşkilatı qalan üzvlərini itirməmək və onlara ruh yüksəkliyi vermək üçün vaxtaşırı İraqın müxtəlif yerlərində terror hücumları təşkil edir.