header

 Əli (ə) rahətlənən gündür - ŞEİR

Bu gün mövlalərə mövla – Əli zərbətlənən gündür! Namaz vaxtın ədu (lən) ” fürsət” bilib cürətlənən gündür.

Bu gün mövlalərə mövla – Əli zərbətlənən gündür!

Namaz vaxtın ədu (lən) ” fürsət” bilib cürətlənən gündür.

 

Mübarək ayda vəd oldu şəhadət Şahi-mərdançun,

Peyəmbərdən hədislə öncədən qüvvətlənən gündür.

 

Rəsulullahla Zəhrayə qovuşdu Allahın şiri,

Ürəklərdə qəm üstə qəm gələn – şiddətlənən gündür.

 

Şəqi – bədbəxtlərin bədbəxti bir cürət edibdir ki,

Bu cürətdən şüca-əhli coşan, hiddətlənən gündür.

 

Əlinin bir ömür rəftarı heyrətdə qoyub xəlqi,

Əlinin son günü məxluq yenə heyrətlənən gündür.

 

Əlini kim sevər – mömin, münafiqlərsə, sevməzlər,

Səbəbdir ki, Əli düşmənləri lənətlənən gündür!

 

Diliylə rahət oldum: -  söyləyib Şahi vila, ey dil,

Bu dünyanın cəfasından Əli rahətlənən gündür!

 

Şahin Qurbanov

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Bu gün mövlalərə mövla – Əli zərbətlənən gündür! Namaz vaxtın ədu (lən) ” fürsət” bilib cürətlənən gündür.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-25-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap