header

 Vəhy ailəsinin ilk övladının (ə) mövludu mübarək olsun!

Həzrət Fatimə (s.ə) İmam Həsəni (ə) dünyaya gətirən zaman atası Həzrət Rəsuli-Əkrəm (s) İmam Əliyə (ə) buyurur: “Ona ad qoy”. Əli (ə) buyurur: Mən elə bir insan deyiləm ki, ad qoymaqda Allahın Rəsulunu (s) qabaqlayım”. Bu zaman Peyğəmbər (s) gəlir. Körpəni sarı bir parçaya büküb onun yanına aparırlar. Həzrət (s) buyurur: “Məgər mən sizə deməmişəm ki, onu sarı rəngli parçaya bükməyin?”. Sonra həmin parçanı kənara atır və ağ parça götürür və uşağı ona bükür. Sonra üzünü Əliyə (ə) çevirib buyurur: “Ona ad qoymusan?”. İmam Əli (ə) buyurur: “Mən ona ad qoymaqda sizi qabaqlamamışam”. Həzrət Peyğəmbər (s) buyurur: “Mən də ona ad qoymaqda Allahı qabaqlamaram”. Bu zaman Allah Təala Cəbrayilə (ə) vəhy edir ki, Həzrət Muhəmməd (s) üçün oğul övladı dünyaya gəlmişdir ki, onun yanına get və salam çatdır və təbrik et. Ona de: “Həqiqətən Əli (ə) sənin yanında Harun kimidir. Ona görə də ona Harunun oğlunun adını qoy!”.

Cəbrayil (ə) yerə enir və Allahın salamını çatdırır. Sonra buyurur: “Allah Təala səni məmur etmişdir ki, ona Harunun oğlunun adını qoyasan”. Həzrət Peyğəmbər (s) soruşur: “Harunun oğlunun adı nə idi?”. Deyir: “Şəbr”. Həzrət (s) buyurur: “Mənim dilim ərəbdir”. Deyir: “Adini Həsən qoy”. Allahın Peyğəmbəri (s) də onu Həsən adlandırdı.

İmam Həsən (ə) vəhy ailəsinin ilk övladı idi. O, hələ kiçik yaşlarından çox istedadlı bir uşaq idi. Hafizəsi çox güclü idi və Peyğəmbərə (s) nazil olan ayələri eşidir və onları əzbərləyirdi. Evə gedən zaman isə anası üçün oxuyardı. Xanım (s.ə) da bu ayələri İmam Əliyə (ə) danışardı. İmam Əli (ə) də təəccüblə soruşardı: “Bu ayələri haradan eşitmisən?”. Xanım (s.ə) da cavab verərdi: “Həsəndən (ə) eşitmişəm”.

Bir gün İmam Əli (ə) oğlunun gözündən gizli bir yerdə əyləşir və ayələri necə anasına tilavət etdiyinə diqqət etmək istəyir. İmam Həsən (ə) gəlir və ayələri anası üçün oxumaq istəyir, ancaq dili topuq vurur. Anası bunun səbəbini soruşur. Deyir: “Anacan! Sanki bu evdə böyük bir şəxsiyyət vardır ki, varlığının əzəməti məni danışmaqdan saxlayır”.

Həzrət Peyğəmbər (s) nəvəsini çox sevirdi və hər yerdə onu mədh edirdi. İmam Həsənin (ə) fəzilətlərindən və istedadlarından danışardı. Həzrət (s) buyurardı: “Hər kim behişt cavanlarının ağasını görmək istəyir, Həsənə (ə) baxsın”. Bir gün Peyğəmbər (s) minbərə çıxan zaman İmam Həsəni (ə) də yanında əyləşidirir. İnsanlara nəzər salır və sonra da İmam Həsənə (ə) baxıb, buyurur: “Bu, mənim övladımdır. Allah iradə etmişdir ki, onun bərəkətinə görə müsəlmanların arasında sülh bərqərar etsin”. Səhabələri nəql edir ki, Həzrət (s) İmam Həsəni (ə) çiyninə alır və deyərdi: “Allahım, mən Həsəni sevirəm, Sən də sev”.

Ənəs ibn Malik nəql edir: “Peyğəmbər (s) İmam Həsən (ə) haqqında mənə demişdi: “Ey Ənəs! Həsən - övladım və ürəyimin meyvəsidir. Əgər kimsə ona əziyyət versə, mənə əziyyət vermişdir. Hər kim məni incidərsə, Allahı incitmişdir”.

İmam Həsən (ə) bərəkətli həyatı boyu insanları hidayət etmişdi. Onun gözəl əxlaqına hamı heyran idi. Nəql edirlər ki, bir gün İmam Həsən (ə) minikdə bir yerdən keçirmiş və şamlı bir kişi yolun üstündə dayanır və Həzrətə (ə) təhqiramiz sözlər deyir. Sözü bitəndən sonra İmam (ə) üzünü ona çevirir və salam verir və deyir: “Ey kişi! Belə fikirləşirəm ki, burada qəribsən. Əgər bizdən bir şey istəsən - sənə verərik. Əgər acsansa – doyuzdurarıq. Əgər paltarsızsansa - geyindirərik. Əgər ehtiyacın varsa - ehtiyacsız edərik. Əgər bir yerdən qovulmusansa - sənə pənah verərik. Əğər hacətin varsa - yerinə yetirərik. Nə qədər ki, buradasan - bizim qonağımızsan”.

Şamlı kişi bu qədər sevgini görüb, ağlamağa başladı və dedi: “Şəhadət verirəm ki, sən yer üzündə Allahın xəlifəsisən. Allah yaxşı bilir ki, xilafət və risalət məqamını harada qərar versin. Mən bundan əvvəl sənin və atanın düşmənçiliyini ürəyimdə saxlayırdım. Ancaq indi səni Allahın ən sevimli məxluqu bilirəm”. Həmin kişi o gündən sonra İmamın (ə) dostu olur və o zamana qədər ki, Mədinədə olur, İmamın (ə) qonağı olur.

Salam olsun sənə ey Həsən Müctəba!

Salam olsun sənə ey Fatimənin (s.ə) parçası!

Salam olsun sənə ey Peyğəmbərin (s) sevimli nəvəsi!

Salam olsun sənə ey behişt cavanlarının sərvəri!

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-21-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap