Ruhani İran gənclərinə səsləndi: Siyasətə qoşulun!
Posted on : iran 05/20/2019
İran prezidenti gənclərlə bağlı çıxış edib.
Tashaio.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani ölkə gənclərini ölkənin siyasi həyatında daha aktiv iştiraka səsləyib və ölkədə referendumun keçirilməsini də istisna etməyib.
Tehran bir qrup fəal gənclər və tələbələrlə görüşdə Ruhani, milli təhlükəsizliyə qarşı təhdidlərin aradan qaldırılması məqsədi ilə cəmiyyətin konsolidasiyasının mühümlüyünü qeyd edib.
Onun sözlərinə görə, bu məsələdə gənclərin payına xüsusi rol düşür.
“Seçkilərdə iştirakın heç nəyi həll etməməsinə dair iddialar əsassızdır. Düzdür, hələ bütün problemləri həll etmək mümkün olmayıb. Lakin, biz konstitusiyanın imkanlarından istifadə edə bilərik”, - deyə Ruhani bildirib.
O deyib ki, ölkənin əsas qanunu İran vətəndaşları “çoxlu imkanlar” təqdim edir.
“Məsələn, 59-cu maddəyə əsasən, mədəniyyət, xarici siyasət və sosial həyat üzrə ictimaiyyətdə vahid rəy olmasa, referendum keçirilə bilər”, - deyə o əlavə edib.
O qeyd edib ki, referendum ölkə parlamentinin təşəbbüsü ilə keçirilə bilər.