header

 Millət vəkilindən hicab qadağasına etiraz – Milli Məclisdə başını bağladı

Bissmann vurğulayıb ki, hicab qadağası 1955-ci il tarixli Avstriya Dövlət Sazişi və Demokratik Federal Konstitusiyanın əsas prinsiplərini pozur

Avstriyalı millət vəkili Martha Bissmann hicaba qadağaya etiraz edərək Avstriya Milli Məclisində hicab taxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Martha Bissmann Milli Məclis kürsüsündə başını örtərək, “Baş örtüsü taxdım, indi fərqli insan oldummu? Bəli, mənə baxın, sizcə, nə dəyişdi? Hələ millət vəkili sayıla bilərəmmi? O azad, feminist və məzhəbə bağlı olmayan qadın sayıla bilərəmmi? Müsəlman qadınlardan çox şey öyrənə bilərik” ifadələrini işlədib.

Hökumətin hicab qadağasının təməl dəyərlərlə ziddiyyət təşkil etdiyini vurğulayan Bissmann deyib ki, hicab qadağası 1955-ci il tarixli Avstriya Dövlət Sazişi və Demokratik Federal Konstitusiyanın əsas prinsiplərini pozur.

Qeyd edək ki, İslam dininin rəsmən qəbul edildiyi və 700 mindən çox müsəlmanın yaşadığı Avstriyada ibtidai sinif şagirdlərinə (10 yaşadək) hicab taxmaq qadağan olunub. Bu barədə ölkə parlamenti qanun qəbul edib. “İbtidai sinif şagirdlərinin 10 yaşına kimi başlarını örtəcək şəkildə dini inancları təmsil edən paltarlar geyinməsi qadağandır” – deyə qanunda yazılıb.
Sənəddə o da deyilir ki, qanun pozuntusuna yol verən ailələr 440 avroyadək cərimələnəcək.
Başda Avstriya İslam Cəmiyyəti olmaqla, bir sıra qeyri-hökumət təşkilatları bu qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirib. Onların fikrincə, bu qanun konstitusiyada bərabərlik prinsipinə ziddir.
Bissmann vurğulayıb ki, hicab qadağası 1955-ci il tarixli Avstriya Dövlət Sazişi və Demokratik Federal Konstitusiyanın əsas prinsiplərini pozur
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap