Aİ: "İŞİD üzvləri Əfqanıstana daşınır"
Posted on : Digər sahələr 05/13/2019
Aİ-nin terrorla mübarizə koordinatoru Jil de Kerşov (Gilles de Kerchove) İŞİD terror təşkilatı üzvlərinin Əfqanıstana köçürülməsi məsələsində xəbərdarlıq edib.
Aİ-nin terrorla mübarizə koordinatoru Jil de Kerşov (Gilles de Kerchove) İŞİD terror təşkilatı üzvlərinin Əfqanıstana köçürülməsi məsələsində xəbərdarlıq edib.
Tashaio.com Reuters-ə istinadən xəbər verir ki, Aİ rəsmisi mayın 12-si verdiyi açıqlamasında, İraq və Suriyadakı məğlubiyyətlərindən sonra, İŞİD üzvləri Əfqanıstan və Şimali Afrika ölkələrinə köçməyə çalışır.
Kerşov İŞİD-in avropalı üzvlərinin hələ də İraq və Suriyada olduğunu xatırladıb.
Əfqanıstanda İŞİD üzvlərinin mövcudluğundan sonra Əfqanıstan Senat Şurasının vitse-spikeri Məhəmməd Əlim İzədyar açıqlama verərək, ABŞ başda olmaqla, beynəlxalq birliyin Əfqanıstanda İŞİD ilə mübarizə üçün praktiki addımlar atmadığı təqdirdə, bu ölkədə terrorçuların mövcudluğunun daha da güclənəcəyini qeyd edib.