A.Əbdülmehdi: “İraq İranla dostluq və əməkdaşlığı davam etdirəcək”
Posted on : Digər sahələr 05/09/2019
İraqın baş naziri Adil Əbdülmehdi ABŞ-ın dövlət katibi Mayk Pompeoya ölkəsinin İran ilə dostluq və əməkdaşlığının davam edəcəyini söyləyib.
İraqın baş naziri Adil Əbdülmehdi ABŞ-ın dövlət katibi Mayk Pompeoya ölkəsinin İran ilə dostluq və əməkdaşlığının davam edəcəyini söyləyib.
Tashaio.com İRNA-ya istinadən xəbər verir ki, İraqın baş naziri tərəfindən verilən açıqlamada, Əbdülmehdi görüşdə Amerikanın ölkəsi üçün mühüm strateji tərəfdaş olduğunu, ancaq ölkəsinin İran, o cümlədən qonşuları ilə dostluq və əməkdaşlığının davam edəcəyini bildirib.
İraqın baş naziri ölkəsinin xarici əlaqələrini milli mənfəətlərinin prioritetinə və ortaq nöqtələrin dərinləşməsi üzərində qurduğunu və bu istiqamətdə bütün münaqişələrin danışıqlarla həllinə vurğu etdiyini deyib.