header

 İlahi ziyafət süfrəsinin qidaları

Mübarək Ramazan ayının başlanması, həqiqətdə, müsəlmanlar üçün böyük bir bayramdır. Nə yaxşı olar ki, möminlər bu ayın daxil olması münasibətilə bir-birinə təbrik desin, bu aydan layiqincə bəhrələnməyi bir-birinə tövsiyə etsinlər. Çünki bu ay, ilahi ziyafət ayıdır. Bu ayda Kərim və Mənnan Allahın süfrəsinin kənarında yalnız möminlər və bu ziyafətə daxil olanlar əyləşirlər. Bu, bütün insanların, hətta bütün mövcudatın bəhrələndiyi Allahın geniş kəramət süfrəsindən ayrıdır və Rəbbin xas süfrəsi, xas ziyafətidir. Görəsən, bu ilahi ziyafət süfrəsinin nemətləri nədən ibarətdir?

Mübarək Ramazan ayının başlanması, həqiqətdə, müsəlmanlar üçün böyük bir bayramdır. Nə yaxşı olar ki, möminlər bu ayın daxil olması münasibətilə bir-birinə təbrik desin, bu aydan layiqincə bəhrələnməyi bir-birinə tövsiyə etsinlər. Çünki bu ay, ilahi ziyafət ayıdır. Bu ayda Kərim və Mənnan Allahın süfrəsinin kənarında yalnız möminlər və bu ziyafətə daxil olanlar əyləşirlər. Bu, bütün insanların, hətta bütün mövcudatın bəhrələndiyi Allahın geniş kəramət süfrəsindən ayrıdır və Rəbbin xas süfrəsi, xas ziyafətidir.
Görəsən, bu ilahi ziyafət süfrəsinin nemətləri nədən ibarətdir?
 
Bu süfrənin nemətləri bizə məxsusdur və həmin nemətlərdən biri orucdur, biri Quranın savabıdır. Bu süfrədə qoyulan Quranın savabı digər günlərdə oxunan Qurandan olduqca çoxdur. Bu ayda bizə tövsiyə olunur ki, Quran tilavət edək.
 
Bu ayın nemətlərindən biri də bu aya məxsus dualardır. “Ya Əliyyu, ya Əzim” duası, “İftitah” duası, “Əbu Həmzə Sumali” duası. Bu dualar ilahi ziyafət süfrəsinə qoyulan səmavi nemətlərdir.
 
Bəziləri bu süfrəyə əhəmiyyətsiz yanaşır, onun kənarından diqqətsiz keçir, fikri başqa yerlərdə olduğundan, heç bu süfrəni görmürlər. Bəli, Ramazan ayının süfrəsini əsla görməyənlər də vardır. Onlar heç bilməzlər ki, Ramazan ayı haçan gəldi-getdi? Bəziləri süfrəni görür, amma bu dünyanın məşğuliyyətindən onun kənarında əyləşmək üçün vaxt tapa bilmir, nemətlərindən bəhrələnə bilmirlər. Bəziləri bu süfrəni görüb onun kənarında əyləşsə də, qədrini bilsə də, lakin çox qanedirlər, azla kifayətlənirlər; bir tikə götürüb süfrənin kənarından uzaqlaşırlar; onun nemətlərindən daha çox faydalanmaq, ləzzət almaq və sirab olmaq üçün çox əyləşmirlər. Bəziləri də var ki, yersiz və xarab yeməklərlə qidalandıqları üçün ləzzətli, cəzbedici və qüvvətli olan bu ilahi ziiyafət süfrəsinin qidalarına qarşı meyilsiz, iştahasızdırlar. Bəzilərinin isə meyli, iştahası çoxdur; bu süfrədən, doğrudan da doymurlar, çünki süfrə mənəvidir, ondan bəhrələnmək fəzilətdir, insana ruh aliliyi, ruh genişliyi bəxş edir. İnsan onun mənəvi qidalarından istifadə etdikcə, ruhu da böyüyür, yüksəlir, tərəqqi edir, xilqətin hədəfinə daha da yaxınlaşır. Bu, cismani qidalardan fərqlənir. Cismani qidalar bədənin ehtiyaclarını aradan qaldırmaq üçündür, onlardan hədsiz istifadə xəta və səhvdir (ziyanvericidir). Ruhi-mənəvi qidalar isə belə deyil; çünki xilqətimizdə məqsəd mənəvi tərəqqi və ruhi yüksəlişdir. Ruhi-mənəvi qidalar bizim bu tərəqqiyə nail olmağımızı asanlaşdırır, ona imkan yaradır. Odur ki, onlardan daha çox bəhrələnmək üçün çalışmalıyıq.
 
(Dər sayesare Rəməzan, Ayətullah Xameneinin çıxışları – 1384/7/17.)
Mübarək Ramazan ayının başlanması, həqiqətdə, müsəlmanlar üçün böyük bir bayramdır. Nə yaxşı olar ki, möminlər bu ayın daxil olması münasibətilə bir-birinə təbrik desin, bu aydan layiqincə bəhrələnməyi bir-birinə tövsiyə etsinlər. Çünki bu ay, ilahi ziyafət ayıdır. Bu ayda Kərim və Mənnan Allahın süfrəsinin kənarında yalnız möminlər və bu ziyafətə daxil olanlar əyləşirlər. Bu, bütün insanların, hətta bütün mövcudatın bəhrələndiyi Allahın geniş kəramət süfrəsindən ayrıdır və Rəbbin xas süfrəsi, xas ziyafətidir. Görəsən, bu ilahi ziyafət süfrəsinin nemətləri nədən ibarətdir?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap