header

 İsrail rejiminin zərbələri nəticəsində Qəzzada 130 bina istifadəyə yararsız hala düşüb

İsrail rejiminin ötən həftəsonu Qəzza zolağına təşkil etdiyi hücumlarda 130 bina istifadəyə yararsız hala düşüb.

İsrail rejiminin ötən həftəsonu Qəzza zolağına təşkil etdiyi hücumlarda 130 bina istifadəyə yararsız hala düşüb.
 
Tashaio.com "Felestin.info"-a istinadla xəbər verir ki, Qəzzadakı Quruculuq və Yaşayış nazirinin müavini Naci Sərxan yazılı açıqlamasında İsrailin hücumları nəticəsində 130 binanın dağıdıldığını, 700-nün də ziyan gördüyünü qeyd edib.
 
Sərxan nazirliyin texniki və fövqəladə vəziyyət qruplarının hücumların başladığı andan etibarən iş başında olduğunu, dağıntıları aradan qaldıraraq, küçələri açdıqlarını və riskli binaları zərərsiz hala gətirdiklərini bildirib.
 
Mülki vətəndaşlara qarşı hücumları pisləyən Sərxan evlərini itirən fələstinlilərə yardım edilməsini istəyib.
 
İsrailin ötən həftənin sonu Qəzza zolağına təşkil etdiyi hücumlarda 2-si hamilə olmaqla, 3 qadın ilə 2 uşağın də aralarında olduğu 25 fələstinli şəhid olmuş, 150 fələstinli yaralanmışdı.
 
Fələstinli qrupların Qəzzadan İsrail tərəfə atdığı raketlərə görə də 1-i Fələstin əsilli olmaqla, 4 nəfər ölmüşdü.
 
Yerli mətbuat dünən səhərin erkən saatlarda fələstinli qruplarla İsrail arasında atəşkəs əldə olunduğunu bildirmişdi.
İsrail rejiminin ötən həftəsonu Qəzza zolağına təşkil etdiyi hücumlarda 130 bina istifadəyə yararsız hala düşüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap