header

 Ayətullah Şeyx İsa Qasim Bəhreyn xalqına müraciət etdi

Bəhreynin nüfuzlu din xadimi və liderlərindən olan Ayətullah Şeyx İsa Qasim öz xalqına mesaj ünvanlayıb.

Bəhreynin nüfuzlu din xadimi və liderlərindən olan Ayətullah Şeyx İsa Qasim öz xalqına mesaj ünvanlayıb. 

Ayətullah Şeyx İsa Qasim müraciətində vurğulayıb ki, Bəhreyn kiçik dövlət olmasına baxmayaraq bu gün imperialistlərin hədəfindədir.   

“Ölkəmizi azlıqda olan Ali Xəlifə xanədanı idarə edir. Bu xanədən əslən Səudiyyə Ərəbistanındandır. Bu xanədən ölkəni qərb dövlətləri kimi etmək istəyir. Onlar bizim mənəvi dəyərlərimizi dəyişdirməyə çalışırlar. Lakin biz buna icazə verməyəcəyik”, - deyə Ayətullah Şeyx İsa Qasim diqqətə çatdırıb. 

Şiələrə qarşı ayrı-seçkilik reallaşdırıldığını vurğulayan Ayətullah Şeyx İsa Qasim bildirib ki, Bəhreyndə hazırda 5 min siyasi məhbus var. 

“Bu adamlar hökumətə etiraz etdiklərinə görə həbs olunublar. Bu həbslər qarşısında bir çox insan haqları təşkilatları susurlar”, - deyə Ayətullah Şeyx İsa Qasim vurğulayıb. 

 O qeyd edib ki, Bəhreyn xalqı başlatdığı etiraz dalğasını davam etdirəcək və rejim qarşısında geri addım atmayacaq. 

 “Ali Xəlifə rejimini çox əziz dostu Səudiyyə Ərəbistanı hökuməti xilas edə bilməyəcək. Çünki bizim xalqımız mübariz və qətiyyətlidir”, - deyə Ayətullah Şeyx İsa Qasim sözlərinə əlavə edib. /eastnews.org/

Bəhreynin nüfuzlu din xadimi və liderlərindən olan Ayətullah Şeyx İsa Qasim öz xalqına mesaj ünvanlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-06-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap