İsrail əsgərləri dinc aksiya keçirən fələstinlilərə atəş açdı: 3 fələstinli şəhid oldu
Posted on :
Digər sahələr
05/04/2019
Dünən cümə günü ilə əlaqədar Qəzzada daha bir dəfə Böyük Qayıdış yürüşü keçirilib.
Dünən cümə günü ilə əlaqədar Qəzzada daha bir dəfə Böyük Qayıdış yürüşü keçirilib.
Tashaio.com “RİA Novosti”-ə istinadla xəbər verir ki, Qəzzanı ayıran blokada sərhədinin qarşı tərəfində Fələstinin işğal olunmuş ərazisində mövqe tutmuş işğalçı İsrail ordusu dinc nümayişçiləri intensiv atəşə tutub.
Yürüş iştirakçılarına odlu silahlardan və qaz bombaları ilə açılmış atəş nəticəsində 3 fələstinli şəhid olub, 50- dən çox fələstinli isə yaralanıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qidra məlumat verib.
Onun sözlərinə yaralılardan 10-u uşaq, 3-ü tibb işçisi, 2-si qadın və 1- i isə jurnalistdir.
Yaralıların bəzisinin durumu ağırdır.
Bildirək ki, 2018-ci ilin 30 mart tarixindən başlamış Böyük Qayıdış yürüşlərində mənbələrin yazdığına görə bugünədək 300 nəfərə yaxın fələstinli həyatını itirib, 30 mindən çox insan yaralanıb. Yaralılardan 500 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, işğalçı İsrail rejim qüvvələrinin cümə günü blokadada olan Qəzzanın mərkəzi rayonuna endirdiyi hava zərbələri nəticəsində iki fələstinli həyatını itirib, 3 nəfər isə yaralanıb.