header

 Trampın yalan danışma rekordu 10 mini keçdi

Vaşinqton Post qəzeti ABŞ-ın prezidenti Trampın vəzifəyə başladığı tarixdən etibarən 10 min dəfədən çox yalan və ya aldadıcı sözlər söylədiyini bildirib.

Vaşinqton Post qəzeti ABŞ-ın prezidenti Trampın vəzifəyə başladığı tarixdən etibarən 10 min dəfədən çox yalan və ya aldadıcı sözlər söylədiyini bildirib.

 

Tashaio.com BBC-yə istinadən xəbər verir ki, qəzet Trampın 5 min yalan və ya aldadıcı məlumatı ilk 601 gün ərzində söylədiyini iddia edib. Qəzet qeyd edib ki, 226 gündən sonra, yəni 26 apreldə isə bu say 10 mini keçib.

 

Qəzet iddiasını Trampa həsr edilən hər bir açıqlamanı günbəgün izləyən məlumat təsdiqləmə xidmətinin araşdırmasına əsaslanaraq verib və bu iddiaya əsasən, Tramp gündə 23 səhv və ya yalan söz söyləyir.

 

ABŞ-ın prezidenti Twitter-dən də yalan paylaşımlarını etməyi davam etdirir. Trampın 25-27 aprel arasında 171 dəfə səhv və ya yalan danışdığı, bunun da prezidentlik dövrünün ilk 5 ayında istənilən bir ayda dediyi ümumi yalan sayından çox olduğu qeyd edilir.

 

Vaşinqton Post Trampın səhv və ya yalanlarının beşdə birinin miqrasiya məsələləri ilə bağlı olduğunu və ölkədə federal xidmətlərin dayandırılmasına səbəb olan Meksika divarı böhranından sonra saylarının artdığını deyib.

Vaşinqton Post qəzeti ABŞ-ın prezidenti Trampın vəzifəyə başladığı tarixdən etibarən 10 min dəfədən çox yalan və ya aldadıcı sözlər söylədiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-30-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap