header

 Marneulidə İmam Məhdinin (ə.f) mövlud mərasimi keçirilib - FOTO

Marneuli şəhərində rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanların iştirakı ilə bayram tədbiri keçirilib.

Tashaio.com xəbər verir ki, Marneuli şəhərində rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanların iştirakı ilə bayram tədbiri keçirilib.

Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və yerli ruhanilərlə birgə ölkəmizdə səfərdə olan İİR-nın Ali Dini Rəhbərinin nümayəndəsi Ayətullah Əli Rza Təqəvi, mərasim üçün dəvət olunan Türkiyə Cəfəri Alimlər Birliyinin sədri (CABİR) Hasan Karabulut və nümayəndə heyəti qatılıb.

Dəyərli din xadimi Məşədi Vidadi Qurbanovun aparıcılığı ilə keçirilən mərasim İğdırdan qonaq olan Hacı Seyid Mir Haşimin Qurani-Kərimdən bir neçə ayənin tilavət etməsi ilə başlayıb.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb təbrik etdikdən sonra İmam Məhdinin (ə) zühuru haqda fikirlərini bildirib.

“Yaşadığımız zülm və fəsad dolu bir zamanda zamanamızın imamı olan Hz. Məhdinin (ə) zühuruna ehtiyac günü-gündən çoxalmaqdadır. Hər kəs intizardadırlar ki, bir gün gələcək. O, nahaq yerə günahsızların axıdılan qanlarına, süngülərdə doğranan məsum körpələrin zarıyaraq keçinməsinə, gözü yaşlı ana-bacıların əli qoynunda ah-naləsinə cinayətlərə və hər növ ədalətsizliklərə son qoyulacaq”, - deyə  Hacı Ramin İgidov qeyd edib.

Daha sonra İran və Türkiyədən olan dəyərli din alimləri gözlərdən gizlin olsa da hər zaman bizimlə olan imamımızın qeybətdə olmasının mahiyyət və səbəbləri, zühur əlamətləri və zühur üçün müsəlmanların üzərinə düşən məsuliyyətlər və s. mövzularda ətraflı məlumat veriblər.

İki saat sürən mərasimdə yerli Əhlibeyt məddahları Səid Həsən və Anar Cəfərinin ifasında ilahilər səsləndirildi, şeir və qəzəllər oxunub.

Nəhayət sonda mərasim Fərəc və İmam Zaman (ə) duası oxunmaqla və İmam Zamanın salamatçılığı, ölkə və dünyanın barış, rifah və bolluq içində olması üçün də dualar edilib.

Qeyd edək ki, Gürcüstanın bu ilin dinlərarası təqvimində Hz. Məhdinin (ə) təvəllüdü də digər dini bayramlarla yanaşı dərc olunubdur. 

Xatırladaq ki, Gürcüstanın bir çox şəhər və kəndlərində 12-ci İmamın mövlud mərasimləri keçirilib və keçirilir; Tbilisi Əhlibeyt məscidindəki məclis, Qardabanidə Əl Hikmə mədrəsəsindəki mərasim və s.


Marneulidə İmam Məhdinin (ə.f) mövlud mərasimi keçirilib - FOTO

Marneuli şəhərində rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanların iştirakı ilə bayram tədbiri keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-22-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap