header

 Sionist rejim Qəzza sektorunu yenidən bombaladı

İşğalçı İsrail ordusu martın 26-ı səhər saatlarında Qəzza sektoruna yenidən raket zərbələri endirib.

İşğalçı İsrail ordusu martın 26-ı səhər saatlarında Qəzza sektoruna yenidən raket zərbələri endirib.
 
Tashaio.com  xəbər verir ki, İsrail Müdafiə Nazirliyi bu əməliyyatın cavab zərbələri olduğunu  iddia edib. 
 
Qeyd edək ki, “Felestin.info”nun məlumatına görə, ötən gecə də işğalçı İsrail rejiminə məxsus hərbi aviasiya Qəzza zolağının müxtəlif hissələrini ağır bombardmanlara məruz qoyub. Əksəriyyəti yaşayış evlərinə düşən raket mərmilərinin partlaması nəticəsində azı 8 nəfər yaralanıb, onlardan ikisi uşaqdır.
 
Fələstin media mənbələrinin yazdığına görə, Qəzzanın müxtəlif bölgələrinə ümumilikdə 100 raket atılıb. Məktəblər, universitetlər, banklar və bir çox digər qurumlar fəaliyyətlərini dayandırıblar.
 
Məlumata görə, hədəfə alınan binalar arasında HƏMAS-ın sədri İsmail Həniyyənin ofisi də var.
 
İşğalçı rejimin zorakılıqlarına cavab olaraq Qəzzadakı hərbi təşkilatlar da İsrailin nəzarətindəki bölgələrə raket zərbələri endiriblər.
 
Xatırladaq ki, bəzi xəbər mənbələri HƏMAS və  işğalçı rejim arasında  ötən gecəki bombardımandan sonra atəşkəs haqqında razılıq əldə olunduğunu açıqlamışdı. 
İşğalçı İsrail ordusu martın 26-ı səhər saatlarında Qəzza sektoruna yenidən raket zərbələri endirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-26-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap