header

 Nəsil mütəxəssisləri bu körpəni gördükdə, vahiməyə düşdülər

İmam Cavadın (ə) saçları qısa və buruq idi. Mübarək üzünün rəngi də bir qədər qarabuğdayı idi. Bu səbəbdən münafiqlər hər an onun dərisinin bir az tünd rəngini bəhanə edib, imamət institutuna zərbə endirmək istəyirdilər. İmamın (ə) nəsli ilə bağlı şübhələr yaymağa çalışırdılar. Deyirdilər ki, bu insan – İmam Rzanın (ə) birbaşa oğlu deyildir, ögey oğludur, deməli, Peyğəmbər (s) nəslindən deyil.

Bu şayiə o qədər yayıldı ki, insanlar 2 yaşı olan bu körpəni götürüb, nəsil araşdıran mütəxəssislərin yanına apardılar ki, şübhələr aradan getsin.

Elə ki, körpəni həmin mütəxəssislərin yanına gətirdilər, onlar körpənin əzəmət və heybətindən səcdəyə düşdülər. Başlarını səcdədən qaldırıb, dedilər: “Vay olsun sizlərə! Bu parlayan ulduzu niyə bizə təqdim edirsiniz? Böyük Allaha and olsun ki, o, Peyğəmbərin (s) zümrəsindən və İmam Əlinin (ə) nəslindəndir. Gedin və Sübhan Allaha pənah aparın. Onun nəsli ilə bağlı heç bir şəkk və şübhə yoxdur və ola da bilməz”.

İki yaşlı İmam (ə) bütün bu zaman ərzində Allahı zikr etməklə və həmd etməklə məşğul idi. İmam (ə) danışmağa başladı: “Şükür və həmd olsun o Allaha ki, biz seçilmişləri Öz nurundan yaratmışdır. Yaxşılar içərisindən bizi seçmişdir. Bizləri bəndələrinin hüccəti qərar vermişdir.

Ey camaat! Mən, Muhəmməd Cavad (ə) – Əli Rzanın (ə), Musa Kazımın (ə), Cəfər Sadiqin (ə), Muhəmməd Baqirin (ə), Əli Zeynəlabidinin (ə), şəhid Hüseynin (ə), Əmirəl-mömininin və Peyğəmbərin (s) qızı Həzrət Zəhranın (s.ə) övladıyam.

Məni nəsil tanıyan mütəxəssislərə təqdim edirsiniz?

Tək olan Allaha and olsun ki, mən bütün insanların nəsillərinə, onlardan daha çox agaham. Mən insanların daxili və zahiri sirlərindən agaham”. (Həvzəh)

Sonra mübarək əlllərini ağzına qoyub, son sözlərini dedi: “Ey Muhəmməd! Sakit ol! Necə ki, ataların sakit olmuşdular. Səbir et və Ulul-əzm peyğəmbərlər kimi həqiqəti deməkdə tələsmə. Həqiqətən, müxaliflər öz sözlərinin və əməllərinin cəzasını çəkəcəklər”.

İmam Cavadın (ə) saçları qısa və buruq idi. Mübarək üzünün rəngi də bir qədər qarabuğdayı idi. Bu səbəbdən münafiqlər hər an onun dərisinin bir az tünd rəngini bəhanə edib, imamət institutuna zərbə endirmək istəyirdilər. İmamın (ə) nəsli ilə bağlı şübhələr yaymağa çalışırdılar. Deyirdilər ki, bu insan – İmam Rzanın (ə) birbaşa oğlu deyildir, ögey oğludur, deməli, Peyğəmbər (s) nəslindən deyil.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-17-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap