header

 Ayətullah Xamenei: ‘ABŞ-a tarixin ən ağır məğlubiyyətini yaşada bilərik’

"ABŞ İrana qarşı genişmiqyaslı hücuma başlayıb. Əgər biz bütün imkanlarımızı səfərbər edsək, onlara tarixin ən ağır məğlubiyyətini yaşada bilərik."

"ABŞ İrana qarşı genişmiqyaslı hücuma başlayıb. Əgər biz bütün imkanlarımızı səfərbər edsək, onlara tarixin ən ağır məğlubiyyətini  yaşada bilərik."

Tashaio.com “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu  Ali Rəhbər Ayətullah Xamenei bugün  Xubriqan Ekspertlər Məclisinin  sədri və üzvləri ilə görüşündə deyib. 
 
Ayətullah Xamenei  bildirib ki,  bizim ABŞ və Avropa ölkələrinin atdığı addımlar qarşısında kifayət qədər təcrübəmiz var. “Lakin  Hərtərəfli Birgə Fəaliyyət Planına dair sonuncu təcrübə və ABŞ-ın öz öhdəliklərini yerinə yetirməməsi bizim gözümüz qarşısındadır.  Biz qarşımızda ABŞ və onun himayə etdiyi cəbhə ilə üzləşdiyimiz zaman bu təcrübələrdən istifadə etməliyik.  Bu hadisələr qarşısında iki cür rəftar sərgiləmək olar. Ya, bir-birimizə hücum edək və hər kəs başqasını günahlandırsın, ya da daxili  qarşıdurmadan  çəkinib, İmam Xomeyninin (r.ə) də buyurduğu kimi bütün  gücümüzlə ABŞ-a qarşı birləşərək fəryad edək. Bizim həqiqi düşmənimiz ABŞ-dır və biz öz düşmənimizi tanımaqda heç vaxt  xəta etməyəcəyik”.
 
Ayətullah Xamenei  iki məsələni “düşmənin genişmiqyaslı hücumu qarşısında bütün güclərin səfərbər olmasının zərurətini”  və  “Allahın zikri və xatırlanmasını unutmamağı” önəmli  adlandırıb.
 
“ABŞ və sionistlər bu gün İran xalqına qarşı bütün  güc və imkanlarını səfərbər edib.  Qərb və Avropa ölkələri də  bir növ onların yanında düşmənçilik edir.”
 
Ayətullah Xamenei  ölkədə “hadisələr və problemlər qarşısında insanların və ölkənin necə və hansı formada rəftar etməsi” haqqında  ictimai müzakirənin yaradılmasının zərurətini vurğulayıb və bunun üçün 11 məsləyə diqqət etməyi tövsiyə edib.
"ABŞ İrana qarşı genişmiqyaslı hücuma başlayıb. Əgər biz bütün imkanlarımızı səfərbər edsək, onlara tarixin ən ağır məğlubiyyətini yaşada bilərik."
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-14-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap