header

 İrandan ABŞ-ın İraqla münasibətlər barədə sözlərinə reaksiya

Qasımi İran və İraqın münasibətlərini qorumaq və davam etdirmək üçün heç kimdən icazə almayacaqlarını vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi İran və İraqın münasibətlərini qorumaq və davam etdirmək üçün heç kimdən icazə almayacaqlarını vurğulayıb.

Tashaio.com xəbər verir ki, Bəhram Qasımi ABŞ Xarici İşlər Nazirliyinin İran Akt Qrupunun rəhbəri Brayan Hukun İran Prezidenti Həsən Ruhaninin İraq səfərinə qarşı sözlərinə reaksiya göstərib.

Ruhaninin İraq milləti və dövləti tərəfindən isti qarşılanması ilə bağlı Hukun sözlərinə reaksiya göstərən Qasımi amerikalı səlahiyyətlinin bu məsələdən qəzəblənməsinə təəccüblənməmək lazım olduğunu, çünki ABŞ-ın Qərbi Asiya regionunda milyardlarla dollar xərclədiyi halda region ölkələri arasında mənfur bir dövlət olduğunu qeyd edib.

Qasımi amerikalı rəsmiləri artıq təkəbbürlü davranışlarını bir kənara qoymaları və artıq başqa ölkələr üçün hökm vermə dövranının sona çatdığını qəbul etmələri lazım olduğunu vurğulayıb.

Qasımi İran və İraqın münasibətlərini qorumaq və davam etdirmək üçün heç kimdən icazə almayacaqlarını vurğulayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-14-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap