Səudiyyə Ərəbistanı və BƏƏ Yəmən camaatını Britaniya silahıyla qırıb - Britaniyalı deputat
Posted on : Digər sahələr 02/18/2019
Britaniya parlamentinin deputatı Devid Hanna etiraf edib ki, Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə dinc əhalini Britaniya istehsalı olan silahla qırıb
Britaniya parlamentinin deputatı Devid Hanna etiraf edib ki, Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə dinc əhalini Britaniya istehsalı olan silahla qırıb.
Tashaio.com-nin ParsToday-ə istinadən verdiyi xəbərə görə, bu haqda o, "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.
Hannanın sözlərinə əsasən, silah satışını təsdiqləyən fakt və sənədlər mövcuddur.
Xatırladaq ki, 2015-ci ilin martında Səudiyyə koalisiyası Yəmənə hərbi müdaxilə edib və Səud rejimi hələ də Yəməndə cinayətlərini davam etdirir.
Hazırda Yəmən yerdən, dənizdən və havadan mühasirəyə alınıb, lakin Yəmən xalqının müqavimətinin sayəsində Səudiyyə təcavüzkarları öz mənfur hədəflərinə çata bilməyib və koalisiya, demək olar, iflas həddindədir.