Ayətullah Şeyx İsa Qasim Tehranda xəstəxanaya yerləşdirildi
Posted on : Şəxsiyyətlər 02/14/2019
Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim İranın paytaxtı Tehran şəhərində xəstəxanaya yerləşdirilib.
Tashaio.com bildirir ki, Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim İranın paytaxtı Tehran şəhərində xəstəxanaya yerləşdirilib.
Bu barədə İran Səhiyyə Nazirliyindən bildirilib.
Vurğulanıb ki, Şeyx İsa Qasim yarımçıq qalan müalicəsini Tehranda davam etdirəcək.
Qeyd edək ki, Şeyx İsa Qasim bir müddət əvvəl İranın Məşhəd şəhərinə yollanaraq 8-ci imam həzrəti Rzanın məzarını ziyarət etmişdi.