Hizbullah ən-Nüsrə kəşfiyyatçılarını kəşf etdi
Posted on : Digər sahələr 10/16/2017 12:59:31 PM
Livanını İslam müqaviməti təşkilatı olan Hizbullah terrorçu qruplaşma olan ən-Nüsrə cəbhəsinin Livan ərazisinə nüfuz etmiş kəşfiyyatçılarını tələyə salaraq, onların hamısını həbs etməyə müvəffəq olmuşdur.
Ərdəbil Məhde Təşəyyo - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Livanını İslam müqaviməti təşkilatı olan Hizbullah terrorçu qruplaşma olan ən-Nüsrə cəbhəsinin Livan ərazisinə nüfuz etmiş kəşfiyyatçılarını tələyə salaraq, onların hamısını həbs etməyə müvəffəq olmuşdur.
Bu barədə məlumat verən Livanın əl-Hədəs News agentliyi bildirib: Ən-Nüsrə cəbhəsi Hizbullaha zərbə vurmaq və müharibəni Livanın içərisinə çəkmək üçün çox çalışır, lakin hər dəfə məğlub olur... Ən-Nüsrə cəbhəsi Hizbullahın Livan və Suriya sərhədlərində olan yüksəkliklərdəki fəaliyyətini nəzarətə götürmək istəyir. Məqsəd isə Hizbullahın mövqelərinə zərbə endirməkdir. Lakin Hizbullahın hərbi düşüncəsi ən-Nüsrə cəbhəsindən daha üstündür.
Əməliyyat Suriya sərhədinə yaxın məsafədə yerləşən Ərsal şəhərində baş verib. Hizbullah ən-Nüsrə cəbhəsinin planından xəbər tutan kimi, öz qüvvələrini bir qədər geriyə çəkib və təkfirçilərin irəliləməsinə şərait yaradıb. Öncədən nəzərdə tutulmuş yerdə isə əməliyyat uğurla həyata keçirilib.
İlkin məlumatlara əsasən, ən-Nüsrə cəbhəsi Hizbullahın raket və toplarının yerlərini öyrənmək istəyirmiş.
Ələ keçirilən terrorçular Hizbullah tərəfindən daha öncə ələ keçirilmiş ən-Nüsrə cəbhəsinin xüsusi dəstəsilə eyni bölmədə fəaliyyət göstərirmişlər