Türkiyənin tanınmış ruhanisi Həmid Turanın vəfatından iki il keçir
Posted on : Türkiyə 11/21/1397
Türkiyə şiələrinin tanınmış ruhanilərindən olan höccətül islam vəl muslimin Şeyx Həmid Turanın vəaftından iki il ötür
Tashaio.com xəbər verir ki, Türkiyə şiələrinin tanınmış ruhanilərindən olan höccətül islam vəl muslimin Şeyx Həmid Turanın vəaftından iki il ötür.
Zeynəbiyə hərəkatının banisi Şeyx Həmid Turan Türkiyə şiələrinin sevimli ruhanilərindən idi.
O iki ilə yaxın müddətdə koma vəziyyətində olmuş, 2017-ci ildə fevralın 10-da koma vəziyyətində olmasının 525-ci günündə haqqın dərgahına qovuşmuşdu.
Nəcəfül-Əşrəf Hövzəsində ali ruhani təhsili alan Şeyx Həmid Turan Halkalıda Zeynəbiyə məscidinin axundlarından, Türkiyə şiələrinin lideri Şeyx Səlahəddin Özgündüzün köməkçisi idi.