header

 İrandan ABŞ-a sərt tənqid: Afroamerikalıların haqlarını hələ də pozursunuz!

İran XİN ABŞ-ı tənqid edib.

Tashaio.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı afroamerikalıların hüquqlarının pozulmasında ittiham edib.

Zərif, “Press TV” telekanalının afroamerikalı əməkdaşı Mərziyə Haşiminin ABŞ-da tutulması və məhkəmədə ifadənin verilməsi prosedurunun sonunadək həbsdə saxlanılmasına görə rəsmi Vaşinqtonu tənqid edib.

Vaşinqton jurnalist Mərziyyə Haşiminin qaçış riskinin nə qədər çox olması ilə bağlı izahat verməlidir”, - deyə Zərif qeyd edib.

O bildirib ki, hətta Martin Lüter Kinqin qətlindən 50 il keçməsindən sonra da ABŞ afroamerikalıların hüquqlarını pozmağa davam edir.

Xatırladaq ki, M.Haşimi ötən həftə ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində tutulub. Bildirilir ki, xanım jurnalist tutulduqdan sonra onun hicabını açmaq istəyirdilər və təcridxanada onu halal qida ilə təmin etməyiblər.

İran XİN ABŞ-ı tənqid edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-22-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap