Türkiyə: Sərhədimizin yanındakı terror bataqlığını qurutmadan dayanmayacağıq
Posted on : Türkiyə 01/20/2019
"Twitter"də 2015-ci ildən bu yana Türkiyədə terror təşkilatlarının reallaşdırdığı terror hücumlarının görüntülərini paylaşıb.
Türkiyə Prezident Administrasiyası Rabitə başçısı Fəxrəddin Altun "Twitter"də 2015-ci ildən bu yana Türkiyədə terror təşkilatlarının reallaşdırdığı terror hücumlarının görüntülərini paylaşıb.
Tashaio.com xəbər verir ki, Altun paylaşımında, "Terrorçular 2015-dən bu yana Türkiyədə 2 mindən çox günahsız insanı öldürdülər. Bu hücumların çoxu Suriyanın şimalında planlandı. Türk xalqı çox ağrılar çəkdi. Ədalət təmin edilənə qədər dayanmayacağıq. Sərhədimizin yanındakı terror bataqlığını qurudana qədər dayanmayacağıq",- deyə qeyd edib.