header

 Ayətullah Amili: 19 yanvar dünya azərilərinin böyük bayramıdır

Ərdəbilin imamcüməsi 19 yanvarı dünya azəriləri üçün böyük bayram adlandıraraq, deyib ki, dünya azərilərinin başıucalığı bundadır ki, öz əsllərini unutmasınlar.

Vəliyyi Fəqihin Ərdəbil ostanındakı nümayəndəsi və Ərdəbilin imamcüməsi buhəftəki cümə namazı xütbələrində azərilərin SSRİ-nin dağılması ilə əllərində Quran, öz tarixi vətənlləri və ana torpaqlarına tərəf yola düşdükləri 19 yanvar barədə geniş surətdə söhbət edib.

Ayətullah Amili deyib: Onlar İrana tərəf axışmaqla tarixi vətənə aid olduqları və dini mahiyyətlərini elan etdilər. Bu gün, Azərbaycanın böyük xalqının tarixi vətənə axışmaq üzrə dirçəliş günüdür.

O, sonra deyib: 19 yanvar mərasimi dünya azəriləri ilə əlaqə və həmin dəyərli hərəkətin yüksək qiymətləndirilməsi üçün keçirilir.

Ərdəbilin imamcüməsi əlavə edib: Bu mərasimin keçirilməsi dini və mənəvi bir vəzifədir və bu gün, milli bayram kimi keçirilməlidir. Bu gün, dünya azərilərinin kökləri, əsllikləri və mahiyyətərinin nümayişi günüdür.

Ərdəbilin imamcüməsi 19 yanvarı dünya azəriləri üçün böyük bayram adlandıraraq, deyib ki, dünya azərilərinin başıucalığı bundadır ki, öz əsllərini unutmasınlar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-15-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap