İsrail rejiminin təyyarələri Dəməşqə hücum etdi
Posted on : Digər sahələr 01/12/2019
Suriyadan hərbi mənbə dünən (11 yanvar) axşam saat 23:15 radələrində İsrail rejiminə məxsus döyüş təyyarələrinin İsba ƏlCəlil istiqamətindən Dəməşq ətrafına bir çox raket atdığını bildirib.
Suriyadan hərbi mənbə dünən (11 yanvar) axşam saat 23:15 radələrində İsrail rejiminə məxsus döyüş təyyarələrinin İsba ƏlCəlil istiqamətindən Dəməşq ətrafına bir çox raket atdığını bildirib.
Tashaio.com SANA-ya istinadən xəbər verir ki, sionist düşmənin raketlərinə qarşı təcili hərəkətə keçən Suriyanın havadan müdafiə sistemləri, atılan raketlərin əksəriyyətini vurub. Atılan raketlərdən indiyə qədər yalnız birinin beynəlxalq Dəməşq Hava Limanındakı anbarlardan birinə dəydiyi qeyd olunub.
Digər tərəfdən, Nəqliyyat Nazirliyində bir mənbə SANA-ya açıqlamasında bildirib ki, Beynəlxalq Dəməşq Hava Limanındakı uçuş hərəkəti normaldır və təcavüzdən heç bir şəkildə zərər çəkməyib.