header

 Yəmən Ordusu Mossad zabitlərinin də olduğu hərbi bazanı vurdu

Bu gün Yəmən Ordusu və könüllüləri Lahac əyalətində qaçmış yəmənli lider Hadi Mansurun nəzarətində olan hərbi bazasını pilotsuz aparatlardan dəqiq zərbə ilə vurub

Bu gün Yəmn Ordusu və könüllüləri Lahc əyalətində qaçmış yəmənli lider və Səudiyyənin dəstəklədiyi Hadi Mansurun dəstəkçilərinin olduğu hərbi bazanı pilotsuz aparatlardan dəqiq zərbə ilə vurub.

Tashaio.com xəbər verir ki, bu haqda "yafa" portalı məlumat yayıb. Məlumata görə, Lahac adlanan əyalətdə hərbi bazada hərbi təlim-toplantısı zamanı zərbə endirilib.

"Yafa" portalı onlarla ölü və yaralıların adlarını qeyd edib. Ölənlər və yaralananlar arasında yüksək rütbəli Səudiyyə və BƏƏ Ordusuna bağlı zabitlər, həmçinin Hadi Mansura bağlı ordunun yüksək rütbəli zabitlərin olduğu bildirilir.

Yəmən "Ənsarullah"ına bağlı "almasirah" portalı da hücumu təsdiq edib. Yəmən Ordusunun rəsmisi General Amid Yəhya Səri hücumla bağlı açıqlama verib. Hücumda Hadi Mansura, həmçinin koalisiyaya bağlı hərbi və kəşfiyyat rəsmilərinin ölüb, yaralandığını təsdiqləyib. Hücum dəqiq kəşfiyyat məlumatından sonra reallaşıb - general bildirib.

Yəmən Ordusunun generalı Muhəmməd Mansur isə "almasirah"a bildirib ki,  hücum məhz Mossad və ərəb ölkələrinin hərbi-kəşfiyyat zabitlərinin Hadi Mansura bağlı hərbiçilərlə birlikdə görüş zamanı şəxsi heyətə baxış zamanı həyata keçirilib.

"Ypagency" portalı hücum zamanı Yəmənə qarşı koalisiyanın komandirlərindən general Əhməd Turki, Hadi Mansura bağlı Kəşfiyyat rəisi Məhəmməd Saleh Tamah, koalisiya tərəfindən Lahac əyalətinə təyin edilən Hadi Mansura bağlı qubernatorun xəsarət alanlar arasında olduğunu qeyd edib. Agentlik qeyd edir ki, hücumdan sonra təcili yardım maşınları hərbi baza ərazisinə tələsiblər.

Səudiyyəyə bağlı "arabnews" portalı da hücumla bağlı xəbər yayıb. Xəbərdə bildirilir ki, husilər Yəmən Ordusunun (Hadi Mansura bağlı) paradına hücum ediblər. "Əl-Ərəbiyyə" telekanalı da hücumu təsdiq edərək 6 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

Bu gün Yəmən Ordusu və könüllüləri Lahac əyalətində qaçmış yəmənli lider Hadi Mansurun nəzarətində olan hərbi bazasını pilotsuz aparatlardan dəqiq zərbə ilə vurub
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-10-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap