İran: ABŞ Suriyanı mümkün qədər tez tərk etməlidir
Posted on : iran 01/10/2019
Bu haqda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif açıqlama verib.
Tashaio.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, İran ümid edir ki, ABŞ sürətli şəkildə Suriyanı tərk edəcək.
Bu haqda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif açıqlama verib.
“Biz ümid edirik ki, onlar Suriyanı nə qədər tez tərk etsələr, suriyalılar üçün də bir o qədər yaxşı olacaq.”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın Suriyadakı mövcudiyyəti orada heç kəsin təhlükəsizliyini təmin etmirdi.
Xatırladaq ki, ötən ay ABŞ prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarı haqda elan etmişdi. Daha sonra isə o əlavə etmişdi ki, qoşunların çıxarılması “lazımi tempdə” olacaq.