header

 Fələstin XİN xəbərdarlıq edib: İsrail Qüdsdə qədim divarı sökmək istəyir

Fələstinin Xarici İşlər Nazirliyi dünən rəsmi bəyanat yayaraq işğalçı İsrail rejiminin Qüdsün qədim hissəsində yerləşən tarixi divarı sökməyə hazırlaşdığı barədə həyəcan təbili çalıb.

Fələstinin Xarici İşlər Nazirliyi dünən rəsmi bəyanat yayaraq işğalçı İsrail rejiminin Qüdsün qədim hissəsində yerləşən tarixi divarı sökməyə hazırlaşdığı barədə həyəcan təbili çalıb.
 
Tashaio.com "Felestin.info"-a istinadla xəbər verir ki, Nazirliyin açıqlamasına görə, işğalçı rejim bununla müqəddəs şəhərin yəhudiləşdirilməsi prosesini daha da sürətləndirmək məqsədini güdür.
 
Bildirilib ki, İsrailin Qüds bələdiyyəsinin üzvü Arye Kinq sosial şəbəkədə Qüds divarını sökməklə bağlı çağırışlar edib. Bu səbəbdən Fələstin XİN ərəb və müsəlman ölkələrini qədim Qüdsü işğalçı planlardan qorumaq məsələsinə daha ciddi yanaşmağı tələb edib.
 
Qeyd edək ki, rəsmi Təl-Əviv hökumət məmurunun bu çağırışı ilə bağlı hər hansı açıqlama verməyib.
 
Bildirək ki, İsrai rejimi İordan çayının qərb sahili və Şərqi Qüdsü 1967-ci il müharibəsində işğal edib. 1980-ci ildə isə bütün şəhər faktiki qəsb edilib. Beynəlxalq hüquqla Şərqi Qüds işğal altında olan ərazi kimi qəbul edilsə də, İsrail rejimi bu şəhəri özünün əbədi paytaxtı hesab edir.
Fələstinin Xarici İşlər Nazirliyi dünən rəsmi bəyanat yayaraq işğalçı İsrail rejiminin Qüdsün qədim hissəsində yerləşən tarixi divarı sökməyə hazırlaşdığı barədə həyəcan təbili çalıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap