header

 Şeyx Sərdar Hacıhəsənli kimdir?

Doğma vətənimiz Azərbaycan və dünyanın bir çox ölkələrində Şeyx Sərdar Hacıhəsənli kimi tanınmış görkəmli alim və din xadimi Babayev Sərdar Akif oğlu 1974-cü ilin mart ayının 12-də Azərbaycan Masallı rayonunda dünyaya göz açmışdır.

Doğma vətənimiz Azərbaycan və dünyanın bir çox ölkələrində Şeyx Sərdar Hacıhəsənli kimi tanınmış görkəmli alim və din xadimi Babayev Sərdar Akif oğlu 1974-cü ilin mart ayının 12-də Azərbaycan Masallı rayonunda dünyaya göz açmışdır.

Rayonun əsil və nəcabətli ailələrindən birində böyümüş Hacı Sərdar 7 yaşında məktəbə getmiş və Sovetlər İttifaqı dağılan dönəmdə rayonun 1N-li məktəbində orta təhslini başa vurmuşdur. Altı uşaqdan ibarət mərhum məşhədi Akifin ailəsinin 5-ci övladı olan Şeyx Sərdar hələ uşaq yaşlarından dinə meyilli olmuş və yeniyetmə çağlarında yerli ruhanilərin hüzurunda dini elmlərlə tanış olmağa başlamışdır. 15 – 16 yaşlarında Masallıda və eyni zamanda rayondan kənarda İslam maarifinin təbliğinə başlamış Şeyx Sərdar, mübarək ramazan, məhərrəm və səfər aylarında xalqın ehtiyacını nəzərə alıb gün ərzində üç və bəzi hallarda dörd məclisdə moizə və dini ayinləri icra edirdi.

Vaxtilə bölgədə din xadimi və gənc ruhani kimi tanınan Sərdar mənəviyyat və dini məlumatını genişləndirmək məqsədilə zəmanəsində yüksək əxlaqi və elmi səciyyələri ilə tanınmış mərhum ustad Molla Bəylərin hüzuruna nail olur. Çox tez bir zamanda zəkası və elmi həvəsi ilə ustadın diqqətini cəlb etmiş gənc Sərdar, təqribən ustadın ömrünün axırına qədər xüsusi şagird qismində ondan bəhrələnir. Molla Bəyləri həqiqi ustad və mənəvi ata, göstərişini isə özü üçün fərman qəbul edən Sərdar dini təhslini ali dərəcədə davam etdirmək məqsədilə İslam elmləri mərkəzi müqəddəs Qum şəhərinə yola düşür.
Şeyx Sərdar 1992-ci ildə artıq Qum hövzəsində çox dəyərli alimlərin hüzurunda dini elmlərə yiyələnməkdə idi. Şeyx tanınmış tədqiqatçılar, müəllimlər və müctehidlərdən təlim alır və ruhun tərbiyəsi ilə məşğul olurdu. İmam Xomeyni adına ali-dini mədrəsənin məzunu Quran elmləri və təfsirdə Ayətullah Cavad Amulinin, nəzəri əxlaqda Ayətullah Məzahiri və mərhum Ayətullah Meşkininin, praktiki əxlaqda isə əvəzolunmaz ustad mərhum Ayətullah Əhmədi Miraciyinin dərslərində iştirak etməklə yanaşı, zaman-zaman dahi alim və arif həzrət Ayətullah-əl-üzma mərhum Şeyx Muhəmməd Təqi Behcətdən mənəvi qida almışdır.

Elmi baxışları və xeyirxah düşüncələri ilə fərqlənən Höccətül-İslam Şeyx Sərdar 10 il uğurlu təzkiyyə və təhsildən sonra 2000-ci ildə Bişkek şəhərində yerləşən İran Qırğızıstan İslam universitetine müəllim kimi dəvət alaraq beynəlxalq səviyyədə elmi fəaliyyətə başlayır.

20-ci əsrin birinci yarısında Qazaxıstan və Qırğızıstana sürgün olunmuş həmvətənlərimizin taleyinə biganə qalmayan Şeyx, Qazaxıstanın Xarici dillər universitetində tədris etməklə yanaşı Almatı, digər şəhər və kəndlərdə xalqın dini ehtiyaclarını ödəməyə çalışır və İslam dininj təbliğ edir. 8 il fəaliyyəti dövründə Orta Asiyada diqqət və məhəbbət qazanmış Şeyx Sərdarı dindarlar Rusiyanın bir çox şəhərlərinə dəvət edir və hörmətlə qarşılayırlar. Podsovet məkanında müstəqil düşüncələri və sağlam dini baxışları ilə toplumların sevimlisi olan dəyərli alim və istedadlı xətib 2008-ci ildən etibarən, Ana vətəndə əziz xalqımıza xidmət etmək qərarı verir və nəhayət, uzun illər mühacirətdən sonra Şeyx Sərdar vətənə dönür.

Masallıda Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi və qazisinin dəvəti ilə Masallı şəhər cümə məscidində cümə xətibi kimi fəaliyyətə başlayır. Bəşəriyyətə səadət bəxş edə biləcək və xalqlara xoş gələcək vəd edən Əhli-beyt (ə) və Quran maarifini vətən övladlarına əlverişli forma və müasir üslubda çatdırmaq məqsədilə, Şeyx Sərdar 2014-cü ildə bir qrup elm adamı və din xadiminin elmi əməkdaşlığı ilə Maide.Az portalını təsis edir.
Ömrünü İslama vəqf, həyatını müsəlman Azərbaycan xalqının dini maarifləndirməsinə həsr etmiş Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü Şeyx Sərdar təzyiqlərə baxmayaraq, hər zaman ümumxalq maraqlarını diqqət mərkəzində saxlamışdır. Şeyx cümə namazı tribunası və digər fürsətlərdən istifadə edib xalqın ümumi bəlası sayılan narkomaniya, israfçılıq, intihar, savadsızlıq, irqpərəstlik, radikalizm, dinlər və məzhəblər arası ixtilaf, rüşvətxorluq, islamofobiya, haqsızlıq, ədalətsizlik, məsuliyyətsizlik, məmur özbaşınalığı və s. ictimai fəsadlarla hər zaman mübarizə aparır, milli və mənəvi dəyərlərin cəmiyyət arasında dirçəlməsinə çalışır.

Şəxsiyyəti ilə tanış olan hər kəs bilir ki, Şeyx Sərdar İslamın müdafiəsində heç bir sərhəd tanımır. Hacı Sərdar daxildə və xaricdə İslam və İslam atributlarına qarşı təbkilər, zorakılıq və qeyri-qanuni addımlara heç zaman göz yummur və din əleyhinə bütün çirkin plan və xoşagəlməz qərarları qınayır, gündəmdə saxlayır, məntiq və müzakirə ilə neqativ halların qarşısını almağa üstünlük verir.

Şeyx Sərdar ailəlidir və 3 övlad atasıdır.

2009-cu ildə Həccdə olmuş və bir neçə dəfə İraqda məsum imamlar və imamzadələri ziyarət etmişdir.

2017-ci il fevralın 22-də Masallı rayon məhkəməsi ruhani Şeyx Sərdar barəsində həbs qəti imkan tədbiri seçib. Vəkil məhkəmə iclasında iştirak edə bilməyib. Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 168.1.3 maddəsi ilə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma ittihamı irəli sürülüb.

Doğma vətənimiz Azərbaycan və dünyanın bir çox ölkələrində Şeyx Sərdar Hacıhəsənli kimi tanınmış görkəmli alim və din xadimi Babayev Sərdar Akif oğlu 1974-cü ilin mart ayının 12-də Azərbaycan Masallı rayonunda dünyaya göz açmışdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-30-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap