İranın energetika naziri İraq Prezidenti ilə görüşdü
Posted on : iran 12/29/2018
İranın energetika naziri Rza Ərdəkanianla görüşən İraq Prezidenti Bərhəm Saleh İran İslam Respublikası ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini vurğulayıb.
İranın energetika naziri Rza Ərdəkanianla görüşən İraq Prezidenti Bərhəm Saleh İran İslam Respublikası ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini vurğulayıb.
İraqa səfər edən İranın energetika naziri Ərdəkanianın başçılıq etdiyi nümayəndə heyəti Prezident Bərhəm Salehlə görüşüb.
Görüşdə Prezident Saleh İran ilə enerji və su kimi sahələr başda olmaqla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsini vurğulayıb.
Saleh həmçinin region ölkələrinin sülh və sabitliyin təmin olunmasında böyük məsuliyyətləri olduğunu qeyd edib.
Görüşdə nazir Ərdəkanian da İranın İraq ilə su, elektrik və enerji sahələrində əməkdaşlığını inkişaf etdirərək davam etdirmək istədiyini ifadə edib.