header

 Doktor Rənayi: Bir müsəlman ölkəsi olaraq Qarabağ məzlumlarına dəstək verməliyik

Qarabağ mövzusunda keçirilən konfransda Ümidəli Rənayi deyib: “Müsəlman olaraq hər birimizin vəzifəsi budur ki, dünyanın hər harasında bir məzlumun səsini eşitsək, ona kömək etməyə tələsək.”

Qarabağ mövzusunda keçirilən konfransda Ümidəli Rənayi deyib: “Müsəlman olaraq hər birimizin vəzifəsi budur ki, dünyanın hər harasında bir məzlumun səsini eşitsək, ona kömək etməyə tələsək.”

Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbildə baş tutan “Qarabağ münaqişəsi və onun həlli perespektivində İranın yeri” elmi konfransında çıxış edən Ərdəbil universitetləri müəllimi doktor Ümidəli Rənayi deyib: “Mən Qarabağ məsələsinə iki baxışdan yanaşıram. Birincisi, tarixi və coğrafi baxışdan bu ərazi İslam torpağının bir hissəsidir. İkincisi, ideoloji, dini və mədəni baxışdan Qarabağ əhalisi müsəlmandır və biz bir müsəlman olaraq öz din qardaşlarımızı müdafiə etməliyik.”

Doktor Rənayi Konstitusiyaya işarə edərək deyib ki, ölkə konstitusiyasına əsasən dövlət İslam dünyasının siyasi, iqtisadi və mədəni vəhdəti uğrunda təlaş etməlidir. Bu məsələ İslam İnqilabının böyük ideyalarından biridir.

Universitet müəllimi regionda baş verən qarşıdurmaları müsəlmanların böyük problemi adlandırıb və onu İslam dövlətlərinin zəifliyi hesab edib.

Natiq vurğulayıb ki, region Amerika və sionist rejimin öz məqsədlərinə çatması uçün cövləngaha çevrilməməlidir.

Doktor Rənayi çıxışının davamında deyib: “Biz qonşu və müsəlman ölkənin şiələrini müdafiə etməliyik. Necə ki, Qarabağ müharibəsində bu işi etdik, Arazın o tayından ölkəmizin sərhədlərinə gələnləri qucaq açıb qarşıladıq.”

Ümidəli Rənayi Azərbaycanın dövlət adamlarının Minsk qrupu başçılarına arxayın olmamağı tövsiyə edərək deyib: “Ali Məqamlı Rəhbər Qarabağın İslam torpağı olduğunu bildirmişdir. İslam ölkələrinin təlaşı və Azərbaycan xalqının iradəsi ilə Qarabağı ermənilərin işğalından azad etmək olar.”

Qarabağ mövzusunda keçirilən konfransda Ümidəli Rənayi deyib: “Müsəlman olaraq hər birimizin vəzifəsi budur ki, dünyanın hər harasında bir məzlumun səsini eşitsək, ona kömək etməyə tələsək.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap