46 iranlı şəhidin cənazəsi vətənlərinə gətirildi
Posted on : iran 12/18/2018
Son zamanlar aşkar edilmiş 46 müqəddəs müdafiə dövrü şəhidinin cənazəsi Mehran sərhəd keçid məntəqəsindən İran İslam Respublikasına gətirilib.
“Tashaio.com” - İRNA-nın məlumatına görə, bu şəhidlərin cənazələri İraqın Zərbatiyə və Məndəliraq məntəqələrində aşkar edilib.
Sonuncu 42 şəhidin cənazəsinin ölkəyə gətirilməsi münasibəti ilə bu gecə İlam şəhərinin böyük meydanında xalqın geniş iştirakı ilə "Şəhidlər ilə bir gecə" adlı mərasim keçiriləcək.
İraqın “Bəəs” rejiminin İran əleyhinə 8 illik müharibəsi dövründə 230 min nəfərin şəhid olduğu bildirilir. Bu müharibə dövründə yaralanan və itkin düşənlərin sayı isə daha çoxdur.