header

 Ruhani: OPEK-in qərarı ABŞ-ın planlarını puç etdi

İran prezidenti OPEK-in hasilatla bağlı qərarını şərh edib.

Tashaio.com-un IRNA-ya istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani bəyan edib ki, OPEK-in neft hasilatının azaldılmasına dair qərarı ABŞ-ın müdaxilə siyasətinin iflası oldu.

“ABŞ-ın OPEK-in işlərinə müdaxilə etmə və balansı pozma cəhdlərinə baxmayaraq, üzv-ölkələrin müqaviməti və (İranın) neft nazirinin sayəsində onların planları puç oldu.”, - deyə Ruhani qeyd edib.

Xatırladaq ki, cümə günü OPEK+ razılığına bütün üzv-ölkələrin nazirlərinin görüşünün yekununda neft hasilatının azaldılması haqda qərar qəbul edilib. Qərar 2019-cu ilin yanvar ayından qüvvəyə minəcək.

Qeyd edək ki, ABŞ dövlət katibinin energetika üzrə yardımçısının müavini  Sandra Vudkirk bəyan etmişdi ki, rəsmi Vaşintqon azad bazara dair istənilən məhdudiyyətə, o cümlədən də OPEK neft qərarına mənfi yanaşır.

İran prezidenti OPEK-in hasilatla bağlı qərarını şərh edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap