ABŞ vəhabi krallığa milyardlarla dollarlıq silah satacaq
Posted on : Digər sahələr 11/29/2018
ABŞ və Səudiyyə Ərəbistanı arasında silah satışına dair saziş imzalanıb.
Tashaio.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı və ABŞ THAAD adlı ABŞ istehsalı olan raket əleyhinə müdaifə komplekslərinin alışı haqda 15 milyard dollarlıq sazişi imzalayıblar.
“26 noyabrda Səudiyyə Ərəbistanı və ABŞ-ın vəzifəli şəxsləri “təklif və təklifin qəbulu ilə bağlı məktubları” imzalayıblar.”, - deyə ABŞ Dövlət Departamentindən bildiriblər.
Əlavə edilib ki, 2017-ci ilin oktyabr ayında Dövlət Departamenti ABŞ konqresini Səudiyyə Ərəbistanı ilə olan potensial saziş barədə məlumatlandırıb. Həmin razılığa əsasən, ərəb krallığına 44 THAAD qurğusu, bu komplekslər üçün 360 ələkeçirmə raketi, 16 idarə etmə nöqtəsi və 7 radar satılacaq. Bu sənədin ümumi dəyəri isə 15 milyard dollardır.