header

 Suriya: “Qolanı ya sülh yolu ilə, ya da müharibə yolu ilə geri alacayıq, İsrail rejiminə mesajımız budur”

İsrail rejiminin Qolan Təpələrinin işğalını qınayan, “İşğal altındakı Qolan” qətnamə layihəsi BMT Baş Assambleyasının 3-cü komitəsində səsverməyə çıxarılıb.

İsrail rejiminin Qolan Təpələrinin işğalını qınayan, “İşğal altındakı Qolan” qətnamə layihəsi BMT Baş Assambleyasının 3-cü komitəsində səsverməyə çıxarılıb.

 

Tashaio.com Reuters-ə istinadən xəbər verir ki, 150 ölkənin dəstəyi ilə qəbul edilən qətnaməyə yalnız iki ölkə qarşı çıxıb, 14 ölkə bitərəf qalıb. Əvvəlki illərdə keçirilən səsvermələrdə bitərəf qalan ABŞ bu dəfə qərar layihəsinə qarşı çıxıb və İsrail rejimi ilə birlikdə “xeyr” səsini istifadə edib.

 

İsrail rejiminin Qolan Təpələrini işğalını pisləyən BMT Baş Assambleyasının qərarı, İsrail rejiminin Qolandakı bütün hərəkətlərini beynəlxalq qanunların pozulması və etibarsız kimi tanıyır.

 

Səsvermədən sonra İsrail rejiminin BMT-dəki daimi nümayəndəsi Danni Danon isə qərara belə reaksiya verib: “İsrail Qolandan çıxmayacaq və beynəlxalq cəmiyyət bunu qəbul etməlidir”.

 

İsrail rejiminin nümayəndəsinə cavab verən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri isə belə deyib: “Suriya Qolanı ya dinc bir şəkildə, ya da müharibə ilə geri alacaq”.

 

Səsvermə nəticəsinin BMT-nin üzvü olan ölkələrin əksəriyyətinin İsrail rejiminin Qolanın işğalına qarşı olduğunu göstərdiyini deyən Cəfəri, İsrail rejiminin regiondakı təcavüzkar mövqeyinin tərəfdaşı olan ABŞ-ın “xeyr” səsini almasının heç təəccüblü olmadığını qeyd edib. Cəfəri ABŞ-ı “Genie Enerji”, “Afek”, “AES” kimi şirkətlərin Qolan Təpələrindəki nefti qanunsuz olaraq çıxarmağa icazə verməkdə ittiham edib.

 

İsrail rejiminin beynəlxalq qərarlara əməl etməyərək, Qolandan çıxmamasının müharibə variantını gündəmə gətirməsi demək olduğunu bildirən Cəfəri, belə davam edib: “Qolanı ya sülh yolu ilə, ya da müharibə yolu ilə geri alacayıq, İsrail rejiminə mesajımız budur”.

İsrail rejiminin Qolan Təpələrinin işğalını qınayan, “İşğal altındakı Qolan” qətnamə layihəsi BMT Baş Assambleyasının 3-cü komitəsində səsverməyə çıxarılıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap