header

 Zərif USA Today-a: “Tramp nüvə müqaviləsinə münasibətini dəyişsə, danışıqlara açığıq”

ABŞ-ın aparıcı qəzetlərindən USA Today, Trampın sanksiyalarının qüvvəyə minməsi münasibətilə İranın xarici işlər nazirindən müsahibə alıb.

ABŞ-ın aparıcı qəzetlərindən USA Today, Trampın sanksiyalarının qüvvəyə minməsi münasibətilə İranın xarici işlər nazirindən müsahibə alıb.

 

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, USA Today-a 45 dəqiqəlik müsahibə verən Zərif, ABŞ rəhbərliyinin nüvə müqaviləsinə münasibətini dəyişməsi təqdirdə, Vaşinqton ilə yeni bir nüvə sazişini müzakirə etməyə hazır olduqları barədə mesaj verib. O, nüvə müqaviləsi məsələsində səmərəli dialoqun əsaslarının yaranması təqdirdə Tehran hökumətinin yeni bir diplomatik səyi dəyərləndirəcəyini deyib: “Qarşılıqlı etibar müzakirə şərti deyil, ancaq qarşılıqlı hörmət müzakirənin ilkin şərtidir. Bizim Vaşinqton ilə əldə etdiyimiz müqavilə iki səhifəlik deyildi, düz 150 səhifəlik idi, amma ABŞ rəhbərliyi müqavilədən çıxmaq qərarını verdi. Tramp rəhbərliyi diplomatiyaya yox, israra inanır”.

 

“Qarşılıqlı hörmət, özünə hörmətlə, öz imzasına hörmətlə, öz sözünə hörmətlə başlayır” - deyən Zərif, Trampın ABŞ-ın ən yaxın müttəfiqlərinin etirazına və MAQATE-nin Tehranın razılaşmaya əməl etməsini təsdiq etməsinə baxmayaraq, müqavilədən çıxdığını xatırladıb. ABŞ-ın güvənilməz bir danışıq tərəfi olmasının İranın günahı olmadığını, bunun beynəlxalq aləmin qarşılaşdığı bir məsələ olduğunu bildirib: “Birinin, “mənə nə, mənim xoşuma gəlmədi, mən çıxıb getmək istəyirəm, çünki bunu edə biləcək qədər güclü olduğuma inanıram”, deməsi, növbəti müqavilədə yenə bunu deməyəcəklərinin zəmanət verirmi?”.

 

Zərifdən İranın ABŞ ilə müzakirə üçün nəyin lazım olduğu soruşulduqda belə cavab verib: “ABŞ-da hökmən yeni bir hakimiyyət yox, məhz yeni bir münasibət formalaşmalıdır”.

 

USA Today-ın fərqli bir yanaşma dedikdə nəyi qəsd etdiyini, yoxsa Trampdan başqa prezidentimi qəsd etdiyinə dair israrlı suallarına Zərif bu cavabı verib: “Mən insanların dəyişə bildiyinə inanıram. Bizim Amerikanın fərqli mövqeyinə ehtiyacımız var. Bu hakimiyyətin də fərqli mövqeyi ola biləcəyinə inanıram. Biz mövcud münasibətin bitməsini gözləməkdə istəkliyik. Tramp rəhbərliyi mövqeyini dəyişə bilər. Biz Amerikanın daxili işlərinə müdaxilə etmirik. Qərar amerikalılarındır, onlar kimi prezident seçəcəklərinə özləri qərar verir. Biz Amerika rəhbərliyində fərqli bir mövqeyin şahidi olmaq istəyirik. Bunu kimin idarə etməsinin bizim üçün əhəmiyyəti yoxdur”.

 

“ABŞ-da 2020-ci ildə yeni prezidentin seçildiyi təqdirdə Tehran Vaşinqton ilə görüşmək istəyə bilərmi?”, - verilən suala Zərif eyni cavabı verdi: “Əgər yeni mövqe varsa, ...”.

 

USA Today iranlı nazirin sözlərini konstruktiv müzakirələrin bünövrəsinin yaranması təqdirdə Tehranın Vaşinqton ilə görüşməyə hazır olduğu kimi qiymətləndirib.

 

Zərif isə bu gün Pompeo ilə Mnuxinin sanksiya bəyanatlarından sonra, bu tviti atdı: “Bu gün ABŞ, İrana qarşı sadə xalqı hədəfə alan sanksiyalarını yenidən qüvvəyə salaraq, BMT-nin ən ali məhkəməsinə və Təhlükəsizlik Şurasına qarşı çıxdı. Amma ABŞ-ın zülmü geri çevrildi, təkcə nüvə müqaviləsinin mühüm olduğu üçün yox, eyni zamanda dünya Tramp ilə komandasının beynəlxalq nizamı yox etməsinə icazə verməyəcəyi üçün. Təcrid edilən İran deyil, ABŞ-dır”.

 

 

 




ABŞ-ın aparıcı qəzetlərindən USA Today, Trampın sanksiyalarının qüvvəyə minməsi münasibətilə İranın xarici işlər nazirindən müsahibə alıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap