Məşhəddə Azərbaycanlıların əzadarlıq mərasimi keçiriləcək
Posted on :
Digər sahələr
11/06/2018
İmam Rzanın (ə) hərəmində
Səfər ayının 28-də (noyabr ayının 7-də) Peyğəmbərin (s) vəfatı, İmam Həsən (ə) və İmam Rzanın (ə) şəhadəti münasibətilə minlərlə Azərbaycanlının iştirakı ilə Məşəhəddə İmam Rzanın (ə) hərəmində əzadarlıq məclisi keçiriləcək.
Tashaio.com “hawzahnews”a istinadla xəbər verir ki, bunu Şərqi Azərbaycan əyalətinin vəqflər idarəsinin rəhbəri Seyid Şəhabəddin Hüseyni deyib.
Onun sözlərinə görə, məclis axşam namazından sonra Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Qərbi Azərbaycan əyalətlərindən indən minlərlə insanın iştirakı ilə hərəmin İmam Xomeyni (rə) adına eyvanında keçiriləcək.