header

 "ABŞ 40 il əvvəlkindən daha zəifdir" - Ayətullah Xamenei - FOTO

“ABŞ-ın 15 trilyon dollar xarici borcu, 800 milyard dollar büdcə çatışmamazlığı var.”

“ABŞ-ın 15 trilyon dollar xarici borcu, 800 milyard dollar büdcə çatışmamazlığı var.”
 
Tashaio.com "leader.ir" saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei 4 noyabr  “'Beynəlxalq  imperializmlə milli mübarizə günü” münasibətilə şagird və tələbələrlə görüşü zamanı deyib.
 
Ayətullah Xamenei bildirib ki, 40  ildir ABŞ və İran arasında problem yaşanır.  “Düşmən ölkəmizə qarşı hərbi, iqtisadi və informasiya müharibəsi yürüdüb. Əsas məqsədləri isə tağut rejimi dövründəki hakimiyyəti geri almaq olub, lakin bacarmayıb.  Önəmli bir həqiqət budur ki, son 40 ildə məğlub tərəf İran deyil, ABŞ-dır.”
 
Bu gün ABŞ-ın 40 il bundan öncəkindən daha zəif olduğunu diqqətə çatdıran Ayətullah Xamenei yeni prezidentiin liberal-demokratların qalan abırını da apardığını qeyd edib.
 
“Amerikalılar bəzən, xalqların müstəqillik tələb etmələrini bizdən bilir və təhdid edərək deyirlər ki, “'əgər filan qonşu ölkənin cavanları qüvvələrimizə hücum etsə biz bu barədə sizi günahlandıracağıq. Siz qələt edib bizi günahlandıracaqsınız! İraq, Suriya, Livan, Əfqanıstan və Pakıstan xalqlarının sizə nifrət etməsinin bizə nə aidiyyatı var?” 
 
Ali Rəhbər ABŞ-ın tətbiq etdiyi sanksiyaların hədəfinin ölkə iqtisadiyyatını ilflic etmək olduğunu qeyd edib. Bildirib ki,  nəticə əksinə oldu. “İran xalqı uzun illər idi ki, hər şeyin idxalına adət etmişdi. İndi isə hər şeyi istehsal etməyə başlayıb.”
 
Ayətullah Xamenei bildurib ki, ABŞ-ın iqtisadi və hərbi gücü də zəiflıyir.” ABŞ -ın hərbi qüvvələri bu gün başlarını itirib, elə buna görədir ki, hərbi əməliyyatlarda  blak vater kimi təşkilatlardan istifadə edirlər.  İqtisadi sahədə də bu cürdür.  15 trilyon dollar borcu və  800 milyard dollar büdcə çatışmamazlığı var.”
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“ABŞ-ın 15 trilyon dollar xarici borcu, 800 milyard dollar büdcə çatışmamazlığı var.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap