header

 İsrail qüvvələri Qəzzaya hücum etdi: 3 fələstinli uşaq şəhid oldu

İşğalçı İsrail rejim mühasirədə saxladığı Qəzza zolağına hava hücumu edib, üç fələstinli uşaq şəhid olub.

İşğalçı İsrail rejim mühasirədə saxladığı Qəzza zolağına hava hücumu edib, üç fələstinli uşaq şəhid olub.

 

Tashaio.com “AA”-a istinadla xəbər verir ki, bunu Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra bildirib.

 

Ə.Kudranın sözlərinə görə, hava hücumu nəticəsində 12-14 yaşlı 3 fələstinli uşaq şəhid olub. “Səhiyyə işçiləri bombalama nəticsəində şəhid olan uşaqların cəsədlərini Şühəda əl-Əksa xəstəxanasına aparıb. Uşaqların kimliyi hələlik müəyyənləşməyib”.

 

Qeyd edək ki, işğalçı rejim uşaqları bombalayaraq şəhid etməsinə don geyindirmək məqsədi ilə yayımladığı açıqlamada “üç fələstinli uşağın Qəzza sərhədində partlayıcı qurğu qoymağa cəhd göstərdiyi”ni deyib.

 

Xatırladaq ki, Beynəlxalq Fələstin Uşaq Müdafiəsi Hərəkatının hesabatına görə, 2018-ci ilin əvvəlindən bəri 25 fələstinli uşaq İsrail əsgərləri tərəfindən qətlə yetirilib. İsrail əsgərlərinin fələstinli uşaqları "qəsdən öldürdüyü" qeyd olunan hesabatda 21 uşağın Qəzza zolağında, 4-nün isə İordan çayının Qərb sahilində baş verən insidentlər nəticəsində şəhid edildiyi qeyd edilir.

Hesabatda, həmçinin vurğulanır ki, öldürülən uşaqların 21-i həqiqi mərmi ilə vurulub. Onlardan 11-i baş və boyun nahiyələrindən güllələnib.

İşğalçı İsrail rejim mühasirədə saxladığı Qəzza zolağına hava hücumu edib, üç fələstinli uşaq şəhid olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-29-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap