Tramp: Putinlə dalaşmaq istəmərəm, çünki...
Posted on : Digər sahələr 10/29/2018
Tramp Putinlə son görüşünü şərh edib.
Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp İllinoys ştatındakı çıxışı zamanı bəyan edib ki, əgər o, rusiyalı həmkarı Vladimir Putinlə boks qarşılaşması keçirsəydi, onu çox sərt biri hesab edərdilər.
“Mən Vladimir Putinlə əla bir görüş keçirdim, biz hər şeyi müzakirə etdik.”, - deyə Tramp Helsinki sammitini şərh edərkən deyib.
Bununla yanaşı Tramp qeyd edib ki, bəziləri onu Putinə qarşı çox “mehriban” olduğuna görə tənqid edirlər.
“Əgər mən Vladimir Putinə yaxınlaşaraq onunla boks etməyə başlasaydım, onlar deyərdilər ki, “o, çox sərt idi”. Başqa sözlərlə - heç bir fərq yoxdur.”, - deyə Tramp bildirib.