header

 Amerikada Satanist məktəbli qızlar baş kəsib qan içmək istədi! – Amerikasayağı “azadlıq”

Gənc nəsli uçuruma sürükləyən bu qorxunc gedişi yalnız gerçək İslam təlimi durdura bilər... Amerikanın Florida ştatının Bartau şəhərindəki bir məktəb azyaşlı şagirdləri öldürmək və qanlarını içmək istəyən iki satanist –şeytanpərəst yeniyetmə qızın üzündən qalmaqal mərkəzinə döndü.

“Tashaio.com” – Bu barədə “The Independent”  nəşri xəbər yayıb.

 

 Xoşbəxtlikdən, böyüklər,  vaxtında 11 və 12 yaşlı qızların bu dəhşətli niyyətlərini həyata keçirməklərinə mane olub. Məktəblilərin hər ikisi həbs olunub və hazırda yetkinlik yaşına çatmayanlar üçün mərkəzdədirlər.

 

 

Təhqiqatçıların məlumatına görə,  yeniyetmə qızlar həftə sonundakı istirahət günlərində doyunca dəhşət filmlərini izlədikdən sonra  tualetlərdə balaca və zəif şagirdlərə hücum edərək onların başını kəsib ətlərini yemək və qanlarını işməyə qərar veriblər.  Azyaşlı sui-qəsdçilər bu minvalla Şeytana yaxınlaşmaq niyyəti güdüblər.

 

 Polisə o da məlum olub ki,  satanist məktəbli qızlar, bu dəfə, ən azı, bir adam öldürməklə yaxın gələcəkdə qurbanlarının sayını 15-25 nəfərə çatdırmağı planlaşdırıblar.

 

Yeniyetmələr inanıblar ki, bütün bu azğın cinayətləri törətməklə  qorxunc günahkarlara çevriləcək və bu, onlara intihar etdikdən sonra cəhənnəmə girərək Şeytanla birlikdə olmaqlarına zəmanət yaradacaq.

 

 Özlərini şübhəli aparan məktəbli qızlar məktəb rəhbərliyinin diqqətini cəlb edib. Həmin gün rəfiqələr dərsə girməyiblər. Axtarışlar nəticəsində onları boş otaqlardan birində tapıblar. Şeytana uymuş yeniyetmələrin yanında 4 bıçaq,  iki ədəd pizza kəsicisi və bıçaq itiləmək üçün alət olub.

Hazırda prokurorluq satanist məhkumları yeniyetmə, yoxsa yetkin şəxslər kimi  mühakimə etmək barədə qərar verməlidir. 

 

 

P.S. Budur tərifli amerikanizmin, Amerikasayağı demokratiyanın  dəhşətli finalı!.. Başlarında elə satanist böyüklərin durduğu ABŞ -da cəmiyyətə, bəşəriyyətə, gələcək nəsillərə  zərərdən savayı, heç bir fayda verməyən əxlaqsız, dəhşət filmlərini kütləvi şəkildə  tirajlayıb ölkəyə, dünyaya yayanların təbii ki, əsas iki məqsədi var: qazanc və  bəşəri dəyərləri məhv etməklə əksər insanları zombiləşmiş, yalnız qarnının, ehtiras və cinsi şəhvətlərininin quluna çevirmək...

Gənc nəsli dibsiz uçuruma sürükləyən  bu dəhşətli gedişdən xilas yolu yalnız gerçək İslam təlimidir. Valideynlər ayıq olmaqla yanaşı, övladlarına uşaq yaşlarından dinimizin insansevər duyğularını aşılamalıdırlar...

Gənc nəsli uçuruma sürükləyən bu qorxunc gedişi yalnız gerçək İslam təlimi durdura bilər... Amerikanın Florida ştatının Bartau şəhərindəki bir məktəb azyaşlı şagirdləri öldürmək və qanlarını içmək istəyən iki satanist –şeytanpərəst yeniyetmə qızın üzündən qalmaqal mərkəzinə döndü.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-28-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap