header

 KƏRBƏLA HƏRƏKATI – ŞƏRƏF VƏ LƏYAQƏT ANLAYIŞININ DİRÇƏLİŞİ-1

İslam Peyğəmbəri (s) və onun pak soyundan olan Əhli-beyt imamları (ə) insana izzət və kəramət, şərəf və ləyaqət ərməğan etmişdir.

İslam Peyğəmbəri (s) və onun pak soyundan olan Əhli-beyt imamları (ə) insana izzət və kəramət, şərəf və ləyaqət ərməğan etmişdir. Şəhidlər sərvəri imam Hüseyn (ə) də bu missiyanı davam edir, car çəkirdi ki, uca Yaradan insanı şərafətli məxluq olaraq yaratmışdır. Necə ki, Allah-Taala “İsra” surəsinin 70-ci ayəsində də insanın şərəf və ləyaqətindən söz açaraq buyurur:

وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلاً

“Biz, Adəm övladını şərəflli etdik, onları suda və quruda (gəmilərə, heyvanlara və digər nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan üstün etdik.”

Burada belə bir sual meydana çıxır: Bəs insanı dəyərli və şərəfli qılan nədir və insan bu dəyər və kəraməti haradan qazanmışdır?

“Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam! – ayəsi insanın dəyər və şərafətinin mənbəyini bəyan edir. İnsan Allahın canişini, nümayəndəsidir və məhz bu baxımdan kəramətə, dəyərə sahibdir. Yəni insana kəramət, izzət və şərafət bəxş edən özəlliyi onu yaradılmışlar arasında Allahın xəlifəsi məqamına yüksəldir. Allahın insan ruhunu Özünə nisbət verməsi və “Ona Öz ruhumdan üfürdüm” – deyə buyurması da elə bu xilafət və kəramətdən qaynaqlanır.

Bütün bunlar gizlənilən bir həqiqətin bəyan edilməsi üçün bir girişdir. Hər kəs insanın şərəf və ləyaqətindən, bütün insanların qanun qarşısında bərabərliyindən danışır. Lakin unudulan budur ki, Tanrının canişini olan insan öz ambisiyalarını deyil, canişini olduğu Yaradanının iradəsini həyata keçirməlidir.

Yaradanın yer üzündəki canişini olduğunu iddia edən, lakin öz düşüncələrini ilahi vəhydən üstün tutan, yaxud dini kütlələr üçün tiryək hesan edən insan Tanrının xəlifəsi deyildir. O, bu mənsəbi qəsb etmiş, ondan sui-istifadə etmiş sayılır. Çünki uca Allah belə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَجِيبُواْ لِلّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُم لِمَا يُحْيِيكُمْ وَاعْلَمُواْ أَنَّ اللّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ

“Ey iman gətirənlər! Sizi, sizə həyat verən şeyə dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin...” (“Ənfal” surəsi, ayə 24.)

Allahın dini bəşəriyyətə həyat bəxş edir və Allahın Elçisi (s) də bəşəriyyəti bu həyat bəxş edən qanunlara dəvət edəndir.

Yezid və Übeydullah ibn Ziyad kimilər bu şərafətli xilafət kürsüsünə yaslanaraq özlərini Allahın Elçisinin (s) canişini və onun məmuru kimi təqdim etmişdilər. Əslində isə, Rum (Bizans) iqtidarının əmrini icra edirdilər. Belə ki, Müaviyənin sarayında müşavir olan və Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində tövsiyələri ilə onu istiqamətləndirən bizanslı xristian din xadimi Sərcun Yezidin sarayında da döyüş təbilini çalan ilk şəxs olmuşdu və Ömər ibn Səd Kərbəlada onun müəllifi olduğu siyasi strategiyanı həyata keçirirdi. (“Həyat əl-imam əl-Hüseyn”, Baqir Şərif əl-Qurəşi, c.2, səh.353, İbn Əsirin “Əl-kamilu fit-tarix” əsərindən nəqlən.)

Şəhidlər sərvəri imam Hüseyn ibn Əli (ə) xilafəti, ilahi canişinlik məqamını Əməvilərin və bənzərlərinin əsarətindən qurtardı ki, yalançı xəlifəlik iddiaçıları dini tiryək hesab etməsinlər. Həmçinin insanlar unutmasınlar ki, Allahın yer üzündəki xəlifəsi bütün varlığı və həyat fəaliyyəti Allahın canişinliyindən ibarət olan, canişini olduğu Yaradanının iradəsindən fərqli bir iradəyə sahib olmayan insandır. Çünki xilafət xəlifənin öz düşüncələrini onu canişin təyin edənin elmi ilə uzlaşdırması, öz istəklərini onun istəkləri əsasında tənzimləməsi, elm və əməlində, rəğbət və nifrətində yalnız Onun rizasını nəzərə almasıdır. (“İmam Hüseyn (ə) və əqlin inkişafı“, səh.207-209.)

İslam Peyğəmbəri (s) və onun pak soyundan olan Əhli-beyt imamları (ə) insana izzət və kəramət, şərəf və ləyaqət ərməğan etmişdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap