header

 İkili siyasətin təzahürləri – Düşmən Qarabağda erməni məskənlərinin sayını genişləndirməyə çalışır

Məhərrəm Zülfüqarlı: “Azərbaycan beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edib, ermənilərin hiyləgər və məkrli əməllərinə qarşı etirazını bildirməlidir”

Məhərrəm Zülfüqarlı: “Azərbaycan beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edib, ermənilərin hiyləgər və məkrli əməllərinə qarşı etirazını bildirməlidir”

 

İşğal zonasında sürətli məskunlaşma torpaqlarımızın azad olunmasına hansı əngəllər törədə bilər?

 

 Ermənistanın ənənəvi mövqeyi davam edir. Düşmən tərəf son vaxtlar işğal olunmuş ərazilərimizdə, hətta Dağlıq Qarabağın ətrafındakı rayonlarda sürətli tikinti işləri aparır, qəsəbələr, yollar salır, infrastruktur yaradır, erməni məskənlərinin sayını genişləndirməyə çalışır.

 

 Bəs belə vəziyyət işğal altındakı torpaqların azad olunmasına hansı əngəllər törədə bilər? Qarabağ nə vaxtsa geri qaytarılsa belə, məskunlaşma, status da daxil olmaqla nə kimi fəsadlar əmələ gətirə bilər?

 

 “İslaminSesi”nə fikirlərini açıqlayan tarixçi-politoloq Məhərrəm Zülfüqarlı, əvvəlcə Azərbaycan ərazilərində ermənilərin qanunsuz məskunlaşma siyasətinin beynəlxalq hüquq normalarına və prinsiplərinə zidd olduğunu ifadə etdi.

 

Politoloq hesab etdiyini bildirdi ki, ermənilərin Dağlıq Qarabağdakı tikinti işləri Azərbaycanda insanlar arasında məyusluq hissi, ruh düşkünlüyü yarada bilər: “İnsanlar düşünə bilərlər ki, Qarabağda sürətlə infrastruktur yaradan Ermənistanın torpaqlarımızı qaytarmaq fikri yoxdur. Yəni bu cür düşüncənin yaranma ehtimalı var”.

 

Müsahibin qənaətincə, ermənilər işğal olunmuş ərazilərimizdə məskən salmaqla həmin torpaqların onlara aid olduğunu təsdiq etməyə, bundan yararlanıb status almağa calışırlar: “Azərbaycan beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edib, ermənilərin bu hiyləgər və məkrli əməllərinə qarşı etirazını bildirməlidir. Biz Qarabağda və ətraf rayonlarnda tikinti aparan bütün şirkətlərin oradan çıxmasını tələb etməliyik.Amma təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, Qərb dövlətləri, Rusiya mövcud məsələyə ikili standartlarla yanaşırlar. Şübhəsiz, əgər onların mənafeyinə uyğun olmasaydı, çoxdan reaksiya vermişdilər. Böyük dövlətlər həmişə çox qəribə bəyanatlar səsləndirirlər. Buraya gələndə deyirlər ki, biz ölkələrin ərazi bütövlüyünü tanıyırıq və bütün münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini istəyirik. Ermənistanda isə fərqli mövqe sərgiləyirlər. Bəyan edirlər ki, münaqişələr millətlərin öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll olunmalıdır. Yəni “dovşana qaç, tazıya tut” deyirlər. Beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desələr də, təcavüzkarı konkret olaraq göstərmirlər. O baxımdan problem bizimdir, onu özümüz həll etməliyik. Dövləti, iqtisadiyyatı, ordusu güclü dövlətlə hesablaşırlar. Azərbaycan da məhz bu yolla torpaqlarını qaytaracaq, inşallah”.

Məhərrəm Zülfüqarlı: “Azərbaycan beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edib, ermənilərin hiyləgər və məkrli əməllərinə qarşı etirazını bildirməlidir”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-21-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap