header

 İnsan resursları düşmənin tamah saldığı və talan etmək istədiyi sahədir - Ayətullah Xamenei - FOTO

Qərb dünyası elm sahəsində məhdudiyyətlər tətbiq etmək istəyir. Ona görə də, digər ölkələrin alimlərini terrora məruz qoyur

“Gənc alimlərimiz bizim üçün bir dəyərdir. Düşmənin  aşkar planlarından biri də bu dəyərin aradan qaldırılmasıdır. Odur ki, hər birimiz diqqətli olmalıyıq.”
 
Tashaio.com “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün elm sahəsində uğur qazanmış  2 mindən çox yüksək elmi qabiliyyətlərə malik gənc və alimlərlə görüşü zamanı deyib.
 
Onminlərlə yüksək intelektual düşüncəyə malik gəncin fəaliyyət göstərməsini  ölkənin gələcəyinin ümidverici və həqiqi simasının göstəricisi adlandıran Ayətullah Xamenei qeyd edib ki, bu gün düşmənin ən önəmli planlarından biri İran haqqında dünyada yalnış, ümidsiz və  mənfi imic formalaşdırmaqdır.
 
“Lakin Allahın lütfü ilə ümumilikdə ölkənin həqiqi imici  hegemonların təqdim etdiyinin qarşısında üstünlük təşkil edir. Ölkənin doğru və həqiqi imicinin göstəricisi elit gənclərdir. Bu isə sevindirici və ümidvericidir.”
 
Ayətullah Xamenei bildirib ki,ölkə problemlərinin həllində  elitanın  potensialından  nizamlı şəkildə  istifadə edilməli və  onların  baxış bucaqlarından bəhrələnilməlidir. “Fəal və  canyandıran gənclərin fikirlərindən müxtəlif sahələrdə, o cümlədən  neftdən asılı iqtisadiyyatın  qeyri-neft sektoruna çevirilməsində istifadə olunmalıdır.”
 
Ayətullah Xamenei qeyd edib ki, əgər elmi baxımdan inkişaf etsək,  düşmənlərimizin iqtisadi, siyasi və sivilzasiyalar sahəsindəki hədələri  davamlı olmayacaq və  azalacaq. “Dünyada elm istehsalında İranın payı 2 faiz təşkil edir ki, bu da çox azdır və inkişaf etdirmək lazımdır. Hökumət elitanın cəmiyyətdə fəal rolunu tənzimləməsə, ölkə effektiv inkişaf etməyəcək.” 
 
Ali Rəhbər bildirib ki, yaxşı və inkişaf etməkdə olan  insan resursları  bir sərvət və xəzinədir.  “Bu sərvət digər xəzinələr kimi totalitar sistemlərin tamah saldığı və talan etmək istədiyi sahədir. Onlar insan qaynaqları kimi sərvətdən  özləri üçün istifadə etməklə yanaşı,  elm və texnologiyanı öz inhisarlarında saxlağa çalışırlar."
 
Ayətullah Xamenei bildirib ki, Qərb dünyası  elm sahəsində  məhdudiyyətlər tətbiq etmək istəyir. "Ona görə də, digər ölkələrin alimlərini terrora məruz qoyur. Məsələn, İraq işğal olunan zaman  bu ölkənin  bir sıra alimləri terrora məruz qaldı. Çünki  Səddamın rəhbərlik etmədiyi dövlətdə elmin inkişaf etməsini istəmirdilər.”  
 
Milli elitanın  iqtisadiyyat, siyasət, təhlükəsizlik sahəsində İrana tətbiq olunan sanksiyalar qarşısında biganə qalmayacağını diqqətə çatdıran Ayətullah Xamenei bildirib ki, “Müqəddəs Müdafiə dövrü”ndə olduğu kimi təbliğat imkanları məhdud olsa da Allahın köməkliyi ilə həmin müharibədə qələbə qazandığımız kimi, bu mübarizədə də qalib gələcəyik. 
 
Elm sahəsindəki ikitərəfli əlaqələrə toxunan Ali Rəhbər bildirib ki, daha çox inkişaf etməkdə olan  Asiya ölkələrinə yönəltməliyik. “Qərbə deyil, Şərqə nəzər yetirməliyik. Çünki Qərb və Avropaya yönəlsək bu bizim üçün minnət,  alçaqlıq və yerində saymaqla nəticələnəcək.”
 
 
 
 
 
 
 
 
 
 
 
Qərb dünyası elm sahəsində məhdudiyyətlər tətbiq etmək istəyir. Ona görə də, digər ölkələrin alimlərini terrora məruz qoyur
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap