BEHİŞTİN MADDİ-CİSMANİ NEMƏTLƏRİ
Posted on : Əqidələr 10/17/2018
İŞARƏ
Qurani-Kərim nöqteyi-nəzərindən məad həm cismani, həm də ruhani-mənəvi yönə malikdir. İnsan Qiyamət səhnəsində həm cisim, həm də ruhu ilə birgə hazır olacağından, təbii ki, hər iki yöndə ilahi nemət və bərəkətlərdən bəhrələnəcəkdir.
Behiştin bütün nemətlərini ruhani-mənəvi güman edənlər və Qurani-Kərimin cismani nemətlərdən bəhs edən ayələrinin kinayə dilinə aid olduğunu düşünənlər, həqiqətdə bundan qafildirlər ki, Behişt nemətlərinin ruhani-mənəvi nemətlərinə inhisarı cismani məadın inkarı deməkdir və bu da Quran ayələrinə açıq-aşkar ziddir.
Məlum olduğu kimi, “cisim” və “ruh” bir-birindən ayrılmaz iki həmzaddır. Bu dünyada bir-birindən ayrı təkamül yolunu keçə bilmədikləri kimi, o dünyada da ilahi nemətlərdən bir-birindən ayrı faydalana bilməzlər.
Bir sözlə, Behiştin ruhani-mənəvi nemətləri kimi, cismani nemətləri də fərqli, çeşidli və könüloxşayandır. Qurani-Kərimdə bu məsələ təkrar-təkrar vurğulanır ki, insanların diqqəti həmin nemətlərin mənşəyi olan xeyir əməllər, gözəl xüsusiyyətlər və fəzilətlərə yönəlsin. (Aydındır ki, əksəriyyət ruhani-mənəvi nemətlərdən daha çox cismani nemətlər haqqında düşünür.)
Bu işarə ilə Qurani-Kərim ayələrinə əsasən, Behiştin maddi-cismani nemətləri aşağıdakılardan ibadətdir:
1. Behişt bağları;
2. Ləzzətbəxş kölgələr;
3. Məskənlər və qəsrlər;
4. Xalçalar və taxtlar;
5. Yeməklər;
6. Pak şərablar;
7. Ləzzətbəxş şərablar;
8. Qablar və qədəhlər;
9. Libaslar və zinətlər;
10. Behişt yoldaşları (hurilər);
11. Xidmətçilər və saqilər;
12. Pişvazçılar (xüsusi xidmət);
13. Pişxidmətlik (xüsusi hazırlıq);
14. Təsəvvürə sığmayan nemətlər.
Qurani-Kərim ayələrində bu mövzulara ayrı-ayrılıqda rast gəlinir. Allahın iznilə sonrakı qeydlərimizdə onların hər birinə toxunacağıq. (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh. 86-87).