header

 Əfqanıstanda hər ay 180 nəfər minanın qurbanı olur

Əfqanıstanda minalar və müharibə səbəbindən əlil olmuş insanların sayı 1 milyon nəfərdən çoxdur

Əfqanıstanda  minalar və müharibənin digər partlamamış qalıqları (MPQ) hər ay 180 nəfərə yaxın insanın ölümünə və yaralanmasına səbəb olur.
 
Tashaio.com “AA”-a istinadla xəbər verir ki, bunu Əfqanıstan  Minalardan Təmizlənməsi Koordinasiya Mərkəzinin başçısı Məhəmməd Şahab Həkimi deyib. 
 
Onun sözlərinə görə, münaqişə və döyüşlərdən atılıb qalmış, uzun illər təhlükə yaradan MPQ və minaların qurbanları əsasən uşaqlardır. 
 
Əfqanıstan MPQ və mina təhlükəsi olan ölkələr arasında 4-cü yerdədir. 
 
M.Şahab Həkimi deyib ki, indiyədək 2 min 500 m2 ərazi təmizlənib. “Son 30 ildə  ölkənin müxtəlif bölgələrində 19 milyon mina və partlamamış  bomba  zərərsizləşdirilib.”
 
O deyib ki, Əfqanıstanda minalar və müharibə səbəbindən əlil olmuş insanların sayı 1 milyon nəfərdən çoxdur. 
Əfqanıstanda minalar və müharibə səbəbindən əlil olmuş insanların sayı 1 milyon nəfərdən çoxdur
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap