header

 Cənubi Afrikada İmam Hüseyn (ə) məscidinə hücum edənlər həbs edildi

Cənubi Afrikanın Müsəlman Hüquq Şurası (MJC) ölkədə Əhli-Beyt (ə) ardıcıllarına aid bir məscidə təşkil olunan hücumda 3 şübhəlinin həbs olunmasını məmnunluqla qarşıladığını açıqlayıb.

Cənubi Afrikanın Müsəlman Hüquq Şurası (MJC) ölkədə Əhli-Beyt (ə) ardıcıllarına aid bir məscidə təşkil olunan hücumda 3 şübhəlinin həbs olunmasını məmnunluqla qarşıladığını açıqlayıb.

 

Tashaio.com İQNA-ya istinadən xəbər verir ki, bu il Ramazan ayında İmam Hüseyn (ə) məscidinə edilən hücumda məscid icmasının imamı qətlə yetirilmiş və üç nəfər yaralanmışdı. Polis oktyabrın 5-i üç şübhəlinin həbs olunduğunu açıqladı.

 

MJC dediyinə görə, ölkədəki müsəlman camaatı hadisədən etibarən istintaqın zəif getməsinə görə narahat idi. Şuranın sədri Şəyk İs-Qaak Taliep müsəlman cəmiyyətə qanuna hörmət etmələri və ədalətin bərpa olunmasına icazə vermələri üçün müraciət etmişdi. “Bu işdəki bütün aktiv qurumlara təşəkkür edirik və təcavüzü həyata keçirən cinayətkarlarının ən ağır cəzaya məhkum ediləcəyindən əminik”, - deyə o, bildirib.

 

Bu şübhəlilər Cənubi Afrikanın Durban şəhərinin yaxınlığında Vervelam qəsəbəsində İmam Hüseyn (ə) məscidinə hücum etməklə yanaşı, Kuazulu-Natal əyalətində hava limanı və pasajları bombalama təhdidi ittihamı ilə də həbs olunublar.

 

Hücumda təcavüzkarlar məscidin imamı Məhəmməd Abbas Asobunu şəhid etmiş, üç nəfəri ağır şəkildə yaralanmışdılar və daha sonra bir qaz qumbarası ataraq, məscidi yandırıb qaçmışdılar. Deyerler.org

Cənubi Afrikanın Müsəlman Hüquq Şurası (MJC) ölkədə Əhli-Beyt (ə) ardıcıllarına aid bir məscidə təşkil olunan hücumda 3 şübhəlinin həbs olunmasını məmnunluqla qarşıladığını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap